2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putinə rüşvət verən adam danışdı

Rusiya prezidenti Vladimir putin Peterburq meriyasında işləyərkən ona rüşvət vermiş iş adamı Maksim Freyzon Azadlıq radiosunun rus bölməsinə müsahibə verib. İş adamı Putinin ondan necə pul almasını da yada salıb. “Putinin meriya məmuru olmasını xatırlayıram. O vəzifəsinə və mühitə adekvat idi. Qorxuya, pula, paya görə adamlara şəhər mülkiyyətindən pay ayırırdı, lazımı sənədlər hazırlayır, lisenziya verir, rüşvət alırdı. Hətta bəzən şəhərə faydası da dəyirdi”, – deyə iş adamı Putini yada salır.

Freydzon “Panama sənədləri”ndə Putinin Peterburqdakı fəaliyyəti zamanı əldə etdiyi pullar barədə məlumatın olduğuna da şübhə etmir. Şəxsən Freydzon meriya işçilərinə 20 min dollar rüşvət verib. Onun sözlərinə görə, Peterburqda görüş zamanı Putin kağız üzərinə alacağı məblıği yazıb və sənədləşmə ilə Aleksey Millerin məşğul olacağını deyib. Kağızda yazılan məbləğ isə 10 min dollar olub. Sonradan bir dəfə də belə bir hal təkrarlanıb. İş adamı Putinin cinayətkar aləmin nümayəndələri ilə də sıx əlaqədə olduğunu da qeyd edib.

azadlıq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button