Loading...
Loading...
Dünya

Putin hərbçi sayının artırılması barədə fərman verib

Putinin hərbçilərin sayını 137 min nəfər artıran bu fərmanı döyüşən heyəti 1.15 milyon nəfərə çatdırmalıdır

Rusiya prezidenti Vladimir Putin avqustun 25-də ölkə silahlı qüvvələrinin sayının 1.9 milyon hərbçidən 2.04 milyon hərbçiyə çatdırılması barədə fərman imzalayıb.

Reuters xatırladır ki, Rusiyanın Ukraynada apardığı müharibə artıq yeddinci ayına qədəm qoyub.

Moskva bu münaqişədə verdiyi itkiləri açıqlamır, lakin Qərb və Ukrayna kəşfiyyatları Rusiyanın 10 minlərlə canlı qüvvə və çox sayda texnika itirdiyini bildirirlər.

Putinin hərbçilərin sayını 137 min nəfər artıran bu fərmanı döyüşən heyəti 1.15 milyon nəfərə çatdırmalıdır.

Fərmanın yanvarın 1-dən qüvvəyə minəcəyi bildirlir.

Putin son dəfə 2017-ci ildə bu barədə məlumat verəndə demişdi ki, döyüşən hərbi heyətin sayı 1.01 milyon nəfərdir.

Qeyri-döyüş heyəti ilə birlikdə Rusiya silahlı qüvvələrindəki hərbçi sayının 1.9 milyon nəfər olduğu məlum idi.

Rusiya bu qədər hərbçini hardan tapacaq?

Rusiya Ukrayna müharibəsində verdiyi canlı itki qüvvəsinin sayını bildirmir.

Moskva yalnız müharibənin ilk həftələrində 1351 hərbçisinin həlak olduğunu bildirmişdi.

Qərbin təxminlərinə görə Rusiyanın real müharibə itkiləri bundan azı 10 dəfə artıqdır. Ukrayna bu münaqişədə Rusiyanın 45 min əsgər və zabit itirdiyini bildirib.

İndiyədək Ukrayna da öz itkilərini açıqlamıdırdı, lakin avqustun 23-də Kiyev rəsmən 9 min hərbçi itirdiyini elan edib.

Putinin fərmanında hərbçi sayının nəyin hesabına artırılacağı göstərilmir, lakin hökumətə müvafiq büdcənin hazırlanması tapşırılıb.

Nüfuzlu Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun təxminlərinə görə bu ilin əvvəlində Rusiyanın real hərbi xidmətdə olan 900 min hərbçisi və 2 milyon nəfər ehtiyat qüvvəsi vardı.

24 saat” “
Putin hərbçi sayının artırılması barədə fərman verib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukraynalı qaçqınlar Praqada. ‘Bizə deyirlər ki, özümüzə ev tapaq’

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button