Putindən MDB ölkələri üçün terror xəbərdarlığı
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə bugünkü görüşündə terror xəbərdarlığı edib.
Putin bildirib ki, MDB ölkələrinin hər biri terror hücumları üçün potensial obyektdir:
“Görünən odur ki, vəziyyət yaxşıya doğru dəyişmir. Bunun ən bariz nümunəsi bugünlərdə Sankt-Peterburqda baş verən teraktdı. Bu hücum nəticəsində insanlar öldü, xəsarət aldı. Bilirik ki, MDB ölkələrinin hər biri terror hücumları üçün potensial obyektdir”.
Putin qeyd edib ki, MDB ölkələri üçün daha bir təhdid xarici qüvvələrin daxili siyasətə müdaxilə cəhdləridir.
Rusiya prezidenti onu da bildirib ki, MDB xüsusi xidmət orqanları arasında çox yaxşı əməkdaşlıq əlaqələri qurulub və səmərəli şəkildə inkişaf edir:
“Ölkələrimizə yönələn təhdidə qarşı çox yaxşı əməkdaşlıq qurulub”.
Gültəkin
24saat.org
Mənbə – azadliq.info