2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putinin builki 9 may paradında xarici dövlət başçıları olmayacaq

Meduza saytı Peskova istinadən yazır ki, builki 9 maya heç Putinin müttəfiqi Alyaksandr Lukaşenka da dəvət olunmayıb

Saytların yığılması Saytlarin yigilmasi

Moskvada mayın 9-da keçiriləcək hərbi parada xarici dövlət başçılarından heç kim gəlməyəcək.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bunu belə izah edib ki, “builki 9 may yubiley tarixi deyil” və buna görə də Kreml xarici liderləri parada dəvət etməyib.

Meduza saytı Peskova istinadən yazır ki, builki 9 maya heç Putinin müttəfiqi Alyaksandr Lukaşenka da dəvət olunmayıb.

AzadlıqRadiosunun Rus xidmərti yazır ki, Dmitri Peskovun izahatına rəğmən Kreml hər il “yubiley ili” olub-olmamasına baxmayaraq 9 may paradına dünya liderlərini dəvət edib.

2014-dən sonra…

Bu paradlardan ən mötəbəri 2005-ci ildə olub. O vaxt Rusiya II Dünya Müharibəsində qələbənin 60 illiyini qeyd edirdi.

Həmin ilin paradına ovaxtkı liderlər – ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Almaniya kansleri Gerhardt Şröder, Çin lideri Hu Tzintao, İtaliyanın və Yaponiyanın baş nazirləri Silvio BerluskoniCuniçiro Koyzumi gəlmişdilər.

Qələbənin 70-ci ildönümü 2015-ci ilə, Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən bir il sonraya təsadüf etmişdi.

Qərb ölkələrinin liderləri bu parada dəvətdən imtina etmişdilər.

Buna baxmayaraq demək olar hər ilin 9 mayında Qırmızı meydanda keçirilən paradlarda xarici liderlərdən kimsə iştirak edib.

Məsələn ötən il Moskva paradına yalnız Tacikistan prezisdenti Emomali Rahmon gəlmişdi.

Xəbər verilir ki, bu il keçiriləcək 9 may paradında 11 min hərbçi iştirak edəcək.

24 saat” “
Putinin builki 9 may paradında xarici dövlət başçıları olmayacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button