2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putinin Moldova ssenarisi

Ukraynada hərbi uğursuzluqlara baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin daha böyük torpaq ələ keçirmək iddiasında ola bilər

Saytların yığılması Saytlarin yigilmasi

Son günlər Moldovanın separatçı Dnetsryanı regionunda ardıcıl partlayışlar Kremlin müharibəni bu ölkənin ərazisinə keçirəcəyi sarıdan narahatlığı artırıb. Ancaq Ukraynada sərt müqavimətlə üzləşən Rusiya üçün bu nə dərəcədə realdır?

Moldova 1992-ci ildən Dnestryanına nəzarət etmir, Rusiya bu regionda sülhməramlı adı altında 2 minədək əsgər saxlayır.

Kiyev artıq Moskvanı partlayışların təşkilində ittiham edib. Moldova isə daha ehtiyatlı davranıb. Ölkənin qərbpərəst prezidenti Maya Sandu “müharibəyə meylli fraksiyaları” Dnestryanıda gərginliyi qızışdırmaqda suçlayıb.

Rusiya ordu generalı ötən həftə deyirdi ki, Moskva Odessa liman şəhəri daxil Ukraynanın cənubunu tutmaq istəyir, bu, “Dnestryanıya daha bir yol” deməkdir.

Putinin xəyalındakı ssenari

Ukraynada hərbi uğursuzluqlara baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin daha böyük torpaq ələ keçirmək iddiasında ola bilər. Bunu Britaniyanın Birminqem Universitetində beynəlxalq təhlükəsizlik professoru Stefan Volf AzadlıqRadiosu-na yazılı qeydində bildirib.

“Putinin xəyalındakı ssenari belədir. O, Ukraynanın cənubunu bütünlükdə ələ keçirir, Dnestryanını tanıyır, sonra Moldovanın qalan hissəsində, o cümlədən Qaqauziyada iğtişaşlar törədir”, – Volf deyir. Qaqauziya Moldovada muxtar vilayətdir, sakinləri əsasən türkdilli pravoslav xristianlardır.

Bəzilərinin fikrincə, general Rüstəm Minnekayev sadəcə, Rusiya ordusunun yuxarı eşelonlarındakı yeni fikri səsləndirib.

“Rusiya ordusu inanır ki, müharibənin ilkin məqsədlərini məhdudlaşdırmaq ciddi xətadır. Onlar indi belə bir arqument səsləndirirlər ki, Rusiya Ukrayna ilə yox, NATO ilə savaşır”, – bunu isə Andrey Soldatovİrina Boroqan bir məqalədə yazırdı.

Ordunun gücü qalıbmı

Bəzi ekspertlər Rusiyanın regionda yeni hücuma başlaya biləcəyinə şübhə edirlər. Virciniyada yerləşən CAN təhlil qurumunda Rusiya Araşdırmaları Proqramının başçısı Maykl Kofman Twitter-də yazır ki, Rusiya ordusunun döyüş qabiliyyəti kəskin azalıb, verdiyi itkilərin yerini doldura bilməz.

Rusiya indiyədək Ukraynadakı müharibədə itkilərlə bağlı iki dəfə rəqəm açıqlayıb – martın 25-də 1351 nəfərin öldürüldüyü bildirilib. Ukrayna rəsmiləri isə aprelin 27-də Rusiyanın indiyədək 21 mindən çox hərbçisinin həlak olduğunu bildiriblər.

Rusiyanın hərbi texnika itkisini də nəzərə alanda, “Moskvanın bunu etməyə hərbi gücü qalmayıb. Elə Donbasda ciddi uğur əldə etməyə çalışırlar”, – Volf deyir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqi Donbas regionunda separatçıları dəstəkləməyə başlayıb.

Dnestryanıdakı qüvvələr

Volfun sözlərinə görə, Rusiyanın yeni işğal etdiyi əraziləri əlində saxlaya bilib-bilməyəcəyi aydın deyil. İndiki plan Ukrayna ərazisinin üçdə birinin işğalını nəzərdə tutur.

Polşalı təhlilçi Konrad Muzika da Rusiyanın hücumu genişləndirəcəyinə şübhə edir. “Rusiyanın diqqəti Donbasa və şimal-şərqi Xersona yönəlib”, – o deyir.

Moskva hətta Dnestryanıya hücum qərarı versə belə, orada zəif texnikayla əsgəri qüvvədən böyük dəstək görməyəcək. Bunu Vilnüsdə yerləşən Şərqi Avropa Araşdırmalar Mərkəzindən Dionis Kenusa deyir.

“Dnestryanıda Rusiyanın 2 minədək operativ qüvvəsi var. Rusiya belə şəraitdə yeni cəbhəni niyə açsın ki?” – Kenusa deyir.

24 saat” “
Putinin Moldova ssenarisi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button