2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qərbi Azərbaycan Xronikası: İran və Türkiyədən ermənilər Axtaya niyə köçürülüb?

“Baku Tv”nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əhalisi zaman-zaman erməni zülmü ilə üzləşib deportasiyaya məruz qalan, ərazisi isə “erməniləşdirilən” Axta rayonu haqqında süjet hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, “Kotayk vilayətinə birləşdirilən oğuz-türk yurdu” adlı süjetdə Ermənistan adlandırılan süni dövlətin məqsədyönlü siyasətinin həmişə qədim yaşayış məskənlərinin adını dəyişdirməklə izini itirmək, etnik tərkibi oğuz türklərindən ibarət olan əraziləri ələ keçirmək olduğu, hayların bu məqsədlə daim soyqırımılar törətdiyi, insanları yerindən-yurdundan didərgin saldığı qeyd olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın tarixi yaşayış məskəni olan Axta rayonu Ermənistan SSR-də və indiki Ermənistanda inzibati ərazi vahidi olub. Bu rayon 1930-cu il sentyabrın 30-da yaradılıb və 1959-cu il iyunun 30-na qədər Axta rayonu, həmin tarixdən etibarən isə Hrazdan rayonu adlandırılıb. Ərazisi 936 kvadratkilometr olan rayonun mərkəzi Aşağı Axta şəhəri sayılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 50 kilometrdir. Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu Böyükçay, dəyişdirilmiş adı isə Marmarik olan çay axır.

Vurğulanıb ki, bütün tarixi mənbələrdə Axta rayonuna ermənilərin İran və Türkiyədən köçürüldüyü göstərilir: “Məzh bunun nəticəsində azərbaycanlıların sayı get-gedə azalıb. XX əsrin əvəllərində, 1905-1906-cı ildə baş verən erməni- azərbaycanlı davası nəticəsində azərbaycanlılar tamamilə doğma torpaqlarından qovulublar. İndi bu ərazidə yalnız ermənilər yaşayır. Burada 1897-ci ildə 119 nəfər Azərbaycan türkü yaşayıb. XX əsrin əvvəllərində, 1905- 1906-cı illərdə azərbaycanlılar kənddən qovulub və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilib. 1926-cı ildə kənddə cəmi 3 azərbaycanlı yaşasa da, sonra onlar da qovulublar və Yuxarı Axta kəndi tam rayon mərkəzi ilə birləşdirilib. Nəhayət, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə rayonun adı dəyişdirilib Razdan qoyulub. Tarixi oğuz yurdunun adının itirilməsi prosesi bununla kifayətlənməyib. Belə ki, Axta rayonu üzrə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə 18 tarixi yer adı dəyişdirilib”.

Süjetin sonunda diqqətə çatdırılır ki, bu gün Ermənistanın yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi: “Ermənilər Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. Bu etnosun yaşadığı “Ermənistan Respublikası” adlanan ərazi isə Azərbaycanın əzəli və əbədi torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq. İnanırıq ki, daim maddi və mənəvi terrora məruz qalan Qərbi azərbaycanlılar doğma yurd-yuvalarının sahibi olacaq, indiki Ermənistan ərazisində itirilmiş hüquqlarını bərpa edəcəklər. Çünki, bu, zamanın tələbidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet noyabrın 1-də saat 19:30-da “Baku Tv”nin efirində və yutub kanalında yayımlanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button