2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qadın məktəb direktoru müəllimə ilə əlbəyaxa davaya çıxdı , müavinini xəstəxanalıq etdi (ŞOK İDDİA)

Məktəb direktorunun müavini isə olanları təkzib edir.

AZXEBER.COM-a Gəncə şəhər Məhəmməd Hadi adına 10 saylı orta məktəblə bağlı şikayət ərizəsi daxil olub. Daxil olan şikayətdə məktəb direktoru Arzu Əliyevanən öz müavinini xəstəxanalıq etdiyi və məktəbdə öz qaydalarını tədbiq etdiyi qeyd edilib:

“Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı xəstəxanalıq etdi…Buna səbəb bu müavinin direktor Arzu Əliyevanın çirkin əməllərinə dəstək verməməsi olub.Vəziyyət o yerə çatıb ki,müavin Rəna İsmayılova iş otağında yüksək təzyiq keçirmiş,vəziyyəti ağırlaşmış və bu gün günorta saatlarında məktəbə bir-birinin ardınca dərhal təcili tibbi yardım maşını çağırılmışdır və Rəna İsmayılova hal-hazırda ambulator müalicə altındadır”.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə direktorun Təhsil Nazirinin müavini Mətin Eynullayevin yaxın adamı olduğu qeyd edilib:

“Direktor Arzu Əliyeva isə hal-hazırda özünü Təhsil Nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edərək hamıya aşkar şəkildə direktor seçilərkən keçirilən müsabiqədə ona Mətin Eynullayevin kömək etdiyini belə bildirməkdən çəkinmir. Mətin Eynullayevin onlarla ailəvi yaxın olduğunu, Mətin Eynullayevlə bir evli kimi olduğunu hamıya tez-tez deməkdən ləzzət alır. Sanki bu direktorun psixoloji problemləri var. Tez-tez koridora çıxıb telefonla uzun -uzadı danışır və müəllimlər otağına gəlib cənab nazir Mikayıl Cabbarovla danışdığını bildirir.”Kim mənə nə edə bilər, məni bir başa Mətin Eynullayev himayə edir , axşam da ailəlikcə ailəvi istirahət mərkəzində bir yerdə idik” deyir”.

Elektron məktubda direktor ilə məktəbin digər müəlliməsi arasında yaranan mübahisənin əlbəyaxa davaya çevrilməsi haqqında da məlumat qeyd edilib:

“Bu günlərdə Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş ,nəticədə onunla əlbəyəxa olmuşdur.”Sən məni tanımırsan ,mənə dəli ceyran deyərlər” deyə öyünmüşdür.Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır”.

Bundan başqa direktorun başqa işçilərin adından pul aldığı da iddia olunub:

“Bəzi işçilər vardır ki,məsələn Təhminə Vəliqızı, Xəyalə, Təranə və Nigar xanım adı işdə olsa da bu adamları məktəbdə görən olmayıb, çünki bunların maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından(????) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir, həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar .Bu məsələ mətbuatda işıqlandırılandan sonra bu dərslərin başqa sahibləri də meydana çıxıb, məlum olub ki, eyni bir dərsi müxtəlif adamlara verməklə maliyyə pozğunluğu yaradılıb .

Bundan başqa məktəbin 90 nəfərə yaxın müəllimindən hər birindən abunə pulu adı ilə 12 manatdan pul yığmış, bu pulun 300 manatını abunəyə keçirtmiş və qalan hissəsini isə özü mənimsəmişdir.

Arzu Əliyeva adını çəkmək istəmədiyimiz özünü jurnalist kimi təqdim edən bir xanıma (amma, əslində bu adam jurnalist deyil) 500 manat pul verib özü haqqında bir nömrədən ibarət bir qəzetdə material yazdırıb, onu həm müəllimlər otağında stolların üstə qoyub müəllimlərə oxutdurur, həm də ksereks edib məktəbin şagirdlərinə paylayır ki, oxuyun görün mənim haqqımda qəzetdə müsbət bir məqalə yazılıb. Bütün günü dərs otaqlarına girib sinif rəhbərlərinə həmin cəmi bir nüsxədən və bir nömrədən ibarət olan daha çox sovet dövrlərinin fotomontajını xatırladan həmin qəzetdə dərc olunan məqalənin müzakirəsini keçirtdirir.Amma bizim fikrimizcə, orta məktəblərdə gənc nəsilə elm öyrədilməlidir”.

Mövzu ilə bağlı məktəb iddialarda adı keçən məktəb direktonun da mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə onun müavini Təhminə Vəliqızı cavab verdi. Direktor müavini AZXEBER.COM-a bütün səslənən iddiaların yalan olduğunu bildirib:

“Məsələni araşdırsanız görərsiniz ki, iddialar tamamilə yalandır, şaiədir. Sadəcə kimdirsə bu xəbəri yayan bizi gözügötürməyənlərdir. Biz öz işimizdəyik, bu məlumatı yayan kimdirsə sadəcə bizə zərbə vurmaq istəyir”.

Hər halda iddiaların yalan və ya doğru olmasına sonda Təhsil Nazirliyinin aparmalı olduğu araşdırma qərarlaşdıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button