2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qalib Toğrul: Qubad İbadoğlunun daxili orqanları təcili müayinə olunmalıdır

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova fevralın 13-də onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.

Toplum TV xəbər verir ki, bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun səhhəti ilə bağlı hər hansı müsbət dəyişiklik yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

“Əksinə şəkərinin normallaşmaması bizi ailəsi olaraq qorxudur. Qorxuruq ki, şəkərin yüksək olması daxili orqanlarında fəsadlara yol aça bilər. Dünən Qubad bəy üçüncü sistemi qəbul edib. Şəkər onda sinir uclarının zədələnməsinə səbəb olub”, – o qeyd edib.

Qalib Toğrulunun fikrincə, Qubad İbadoğlunun daxili orqanlarının təcili müayinə olunmasına ehtiyac var:

“Bununla bağlı mən dünən Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova ilə söhbət etdim. Belə qərara gəldik ki, ilk növbədə Qubad İbadoğlunun ürəyindəki problemlərin aşkara çıxarılması üçün anju olunmalıdır. Bunun üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edəcəyik”.

Bundan əlavə Qalib Toğrul deyib ki, İbadoğlunun vəkillərilə telefon danışığına qoyulmuş məhdudiyyət aradan qaldırılmayıb.

Bu yaxınlarda World Liberty Congress Qubad İbadoğlunun səhhətinin pisləşməsi ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Dünyada azadlıq və insan haqları uğrunda mübarizə aparan fəalların birliyinə çalışan nüfuzlu World Liberty Congress (Dünya Azadlıq Konqresi) Azərbaycan hakimiyyətini Qubad İbadoğluna keyfiyyətli tibbi xidmət göstərməyə çağırıb və onun sağlamlığı ilə bağlı bütün məsuliyyətin hazırkı rejimin üzərində olduğunu bildirib.

Xatırladaq ki, Qubad İbadoğlu ötən il iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.  

Qubad İbadoğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

Siyasətçi ittihamları rədd edir və həbsinin siyasi fəaliyyətinə görə olduğunu bəyan edir. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button