2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qarabağda separatçı rejimin rəhbərliyində təmsil olunan şəxslərin həbs müddəti uzadılıb

İstintaq daha 4 ay davam edəcək

Qarabağdakı separatçıların “prezidenti” vəzifəsini müxtəlif zamanlarda icra etmiş Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, eləcə də separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan və sabiq “xarici işlər naziri” David Babayan haqqında ilkin istintaq dövrü üçün seçilmiş 4 aylıq həbs qətimkan tədbiri başa çatmaq üzrədir. Lakin onlar haqqında istintaq yekunlaşmayıb. Bu səbəbdən Baş Prokurorluq onların barəsində həbs qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib.

Təqdimatda adları çəkilən şəxslər haqqında həbs qətimkan tədbirinin müddətinin daha 4 ay uzadılması istənilib. Belə əsaslandırılıb ki, bir sıra istintaq hərəkətləri aparılmalıdır və bunun üçün vaxt lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Təqdimata yanvarın 25-də Binəqədi Rayon Məhkəməsində baxılıb və təmin olunub.
Sentyabrın 19-da Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağda separatçı rejimin bir sıra vəzifəli şəxsləri saxlanılaraq, Bakıya gətirilib. Onların arasında yuxarıda adları çəkilənlərlə yanaşı, keçmiş “dövlət naziri” Ruben Vardanyan, general David Manukyan və başqaları var. Ümumi sayın 15 nəfər olduğu bildirilir.

Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb. Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunur.

Həbsdə olanların bu ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button