2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qazaxıstan paytaxtına keçmiş adı qaytarılacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə paytaxtının adınının Nur-Sultandan Astanaya dəyişdirilməsinə razılıq verib

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə paytaxtının adınının Nur-Sultandan Astanaya dəyişdirilməsinə razılıq verib.

Tokayevin sözçüsü Ruslan Jeldıbay sentyabrın 13-də özünün Facebook səhifəsində yazıb ki, prezidentin bu razılığından sonra bu təklif konstitusiyaya hazırda işlənməkdə olan dəyişikliklər haqqında qanuna əlavə ediləcək.

Sentyabrın 2-də parlamentdəki Yeni Qazaxıstan fraksiyası ölkənin birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə paytaxta verilmiş Nur-Sultan adının dəyişdirilməsinə və şəhərin əvvəlki Astana adının qaytarılmasına dair təklif vermişdi.

Tokayev paytaxta Nur-Sultan adının verilməsi barədə qərarı 2019-cu ildə, ölkəyə 30 ilədək avtoritar rəhbərlik etmiş Nazarbayev istefasını elan edəndən və Tokayevin onun varisi olduğunu bildirəndən bir gün sonra qəbul etmişdi.

Nazarbayev rejimi

Nazarbayev rəsmən istefa versə də, Təhlükəsizlik Şurasının sədri kimi qalmaqla geniş hakimiyyət səlahiyyətlərini özündə saxlamışdı.

O habelə “millətin lideri” – Elbası titulunu daşıyırdı.

Bir çox vətəndaşlar Nazarbayev hakimiyyətinin repressiyalarından narazı idilər.

Nəhayət bu ilin əvvəllərində yanacaq qiymətlərinin kəskin artımına qarşı aksiyalar ölkəni bürüyən geniş etiraz dalğasına çevrilmişdi.

Bir çoxları bu etirazların əslində Nazarbayev rejiminə, onun ailəsinin və yaxınlarının korrupsiya əməllərinə qarşı olduğunu deyirdilər.

“Tarixi fakt”

Bu hadisələrdən sonra Tokyaev Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırmış və bu vəzifəni öz üzərinə götürmüşdü.

Bunun ardınca Nazarbayevin bəzi qohumları vəzifələrindən azad edilib və onlardan bəziləri həbs olunub.

Bu ilin iyununda Tokayevin təşəbbüsü ilə keçirilmiş referendumla Nazarbayevin adı konstitusiyadan çıxarılıb və onun Elbası titulu ləğv edilib.

Bəzi qazax tənqidçilər bildirirlər ki, Tokayevin təşəbbüsləri əsasən kosmetik səciyyə daşıyır və avtokratik rejimin təbiətini qoruyub saxlayır.

Məhz bu system illərlə davam edən korrupsiya və qohumbazlığa meydan açıb.

Jeldıbay sentyabrın 13-də Facebook səhifəsində yazıb:

“Eyni zamanda prezident Qazaxıstanın müasir dövlətçiliyinin möhkəmləndirilməsində və paytaxtın qurulmasında Nazarbayevin rolunu həlledici hesab edir və tarixi fakt sayır”.

24 saat” “
Qazaxıstan paytaxtına keçmiş adı qaytarılacaq
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button