2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qırğızıstan AzadlıqRadiosunun bank hesabını dondurub

Bundan bir qədər əvvəl Qırğızıstanın hakimiyyət orqanları Azattık radiosunun internet saytını iki ay müddətinə bloklamışdı

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosunun Azattık adı ilə tanınan Qırğız xidməti Bişkekdəki banklardan birinə AzadlıqRadiosuna aid hesabın xəbərdarlıq edilmədən dondurulmasına dair sorğu göndərib.

Qırğızıstandakı Demirbank bankının nümayəndələri oktyabrın 31-də demişdilər ki, sözü gedən hesabın dondurulması üçün Dövlət Milli Təhlükəsizlik Komitəsindən bildiriş alınıb.

Bundan bir qədər əvvəl Qırğızıstanın hakimiyyət orqanları Azattık radiosunun internet saytını iki ay müddətinə bloklamışdı.

Buna səbəb radionun Tacikistanla sərhəddə toqquşmalar haqqında videoreportajın saytdan çıxarılması tələbini yerinə yetirməməsi idi.

AzadlıqRadiosunun prezidenti və baş icraçı direktoru Ceymi Flay noyabrın 1-də verdiyi bəyanatda Azattık radiosunun hesabının dondurulmasını pisləyib:

“Qırğızıstan hakimiyyətinin bu eskalasiyası, belə görünür Qırğızıstanın öz qanunlarına ziddir. Biz jurnalistlərimizin susdurulmasına yönəlmiş bu cəhdə qarşı mübarizə aparacağıq”.

Flay əlavə edib ki, Azattık Radiosu etibarlı xəbər mənbəyidir və onun əngəlsiz fəaliyyətinə imkan verilməlidir.

Qırğızıstanın banklar və bank fəaliyyəti haqqında qanununa görə banklar hesabları yalnız məhkəmə qərarından sonra dondura bilər.

Bu qanuna görə hər hansı hüquq-mühafizə orqanının rəsmi sorğusu bank hesablarının dondurulmasına əsas vermir.

Qırğızıstan hökuməti Azattık Radiosu internet saytının bloklanması barədə qərarı oktyabrın 26-da qəbul etmişdi.

Bundan əvvəl AzadlıqRadiosu onun “Amerikanın səsi” radiosu ilə şərikli layihəsi olan rusdilli CurrentTime saytının hazırladığı videonun saytdan çıxarılmasına dair tələbi rədd ermişdi.

Rəsmilərin ittihamı

Qırğızıstan rəsmiləri iddia edirlər ki, videoda əsasən Tacikistanın mövqeyi dəstəklənib.

Hakimiyyət bu qərarını Saxta İnformasiyadan Müdafiə haqqında qanunun əsasında çıxarıb.

Bu qanun hələ ötən ilin avqustunda qəbul olunarkən geniş tənqidə tuş gəlmişdi.

Oktyabrın 28-də AzadlıqRadiosu ilə həmrəylik nümayişi kimi Qırğızıstanın müstəqil media qurumları internet saytlarını bir neçə saat ərzində qaraltmışdılar.

Həmin vaxt ekranlarda qara fonda yalnız “Bugün xəbər yoxdur. Qırğızıstanda media təzyiq altındadır” sözləri görünürdü.

Qırğızıstan hökumətinin qərarını ölkənin bir sıra millət vəkilləri və insan haqları fəalları da tənqid ediblər.

Matrayımov kimdir?

Son vaxtlar AzadlıqRadiosunun Bişkek ofisinin qarşısında keçirilən mitinqlərdən birində radionun əməkdaşları hədələnmişdi.

24 saat” “
Qırğızıstan AzadlıqRadiosunun bank hesabını dondurub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button