2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘ Qiyas İbrahimov deyir ki, onsuz da içəridə məhv olub gedirik…’

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət məlumatı təkzib edir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov AzadlıqRadiosuna deyir: «Penitensiar Xidmətin tabeliyində olan heç bir cəzaçəkmə müəssisəsində və yaxud istintaq təcridxanasında aclıq aksiyası keçirilmir».

Bir qrup məhbusun «Mehman Hüseynova dəstək və bütövlükdə siyasi məhbuslara azadlıq» şüarı ilə aclıq aksiyasına başladıqları bildirilir. Sosial şəbəkədə onların adından yaxınlarının yaydığı məlumatlardan aclıq edənlərin İlkin RüstəmzadəBayram MəmmədovQiyas İbrahimovRəşad RamazanovFikrət FərəməzoğluElçin İsmayıllıƏhsən Nuruzadə olduğu deyilir.

O, həm M.Hüseynovun, həm də adları sadalanan digər məhbusların aclıq etmədiyini ayrıca vurğulayır.

Saytların yığılması Saytlarin yigilmasi

«Qiyas İbrahimov deyir, ana, Mehmana edilənlər sabah bizə də ediləcək»


Ş.Əmiraslanova

Q.İbrahimovun anası Şura Əmiraslanova isə AzadlıqRadiosuna deyir ki, bazar günü – yanvarın 13-də oğlu ilə görüşüb. Onun sözlərinə görə, oğlu ona yanvarın 14-ü və ya 15-dən müddətsiz aclığa başlayacaqlarını bildirib. Ana aclığa başlayacaq məhbusların öncə Penitensiar Xidmətə məktub yollamalı olduqlarını, rəsmi qurum tərəfindən nəzarətə götürüldükdən sonra aksiyaya start verəcəklərini qeyd edir. Bu səbəbdən aclıq aksiyasının bazar ertəsi deyil, çərşənbə axşamı keçiriləcəyini də istisna etmir.

«Mehman həbs edildiyi gündən Qiyas İbrahimov deyir ki, «ana, biz siyasi məhbuslar nəyəsə nail olmaq üçün hansısa addımlar atmalıyıq, Mehmana edilənlər sabah bizə də ediləcək. Ona dəstək olmalıyıq». İki gündən bir zəng vururdu ki, nə oldu, siyasi məhbuslardan xəbər yoxdurmu. Amma dünən dedi ki, ana, yeməyi nahaq gətirmisən, aclıq aksiyasına başlamalıyıq. Fikrət Fərəməzoğlu, Rəşad Ramazanovla birgə başlamalıdırlar», – Ş.Əmiraslanova söyləyir.

Ana oğlunun aksiya keçirməsini istəməsə də, Qiyas İbrahimovun qərarının qəti olduğunu, öz iradəsi ilə davrandığını əlavə edir: «Qiyas deyir ki, onsuz da içəridə məhv olub gedirik. Nəsə addım atmalıyıq. Ona görə ölüm aksiyasına başlayırıq».

B.Məmmədovun anası Sevinc Məmmədova oğlunun aclıq aksiyasına başlayacağından sosial şəbəkələrdən xəbər tutduğunu deyir. Ana oğlunun qərarı haqqında «Demək belə lazım olub ki, aclığa başlamağı məsləhət görüblər» söyləyir. «Biz «yox» desək də, etmək istəyirsə, aclıq edəcək. Bu, onun qərarıdır. Düşünürük, bunun Mehmana, ya başqalarına faydası olar», – S.Məmmədova qeyd edir.

Hüquq müdafiəçisi aclıq aksiyasının effekti haqda danışır


O.Gülalıyev

Hüquq müdafiəçisi, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev məhbusların və azadlıqda bir qrup şəxsin bloqer M.Hüseynova dəstək məqsədilə aksiyaya başlamasını son illər «siyasi məhbuslara azadlıq» tələbiylə keçirilən ən geniş aksiya kimi təqdim edir.

«Biz istəməzdik kimsə haqlarına nail olmaq üçün aclıq aksiyası keçirsin. Ancaq Azərbaycanda demokratik mübarizənin yolları xeyli məhdudlaşdırılıb. Qanunlar işləmir, məhkəmələr müstəqil deyil, ona görə insanlar məcbur qalıb sonuncu vasitələrdən biri kimi öz həyatı bahasına da olsa, aclıq etməklə məqsədlərinə nail olmağa çalışırlar», – O.Gülalıyev deyir: «Bu baxımdan Mehman Hüseynovun ona qarşı irəli sürülmüş qondarma ittihamla bağlı başladığı aclıq aksiyasına xeyli insan qoşulub, həm həbsxana divarlarından kənarda, həm də həbsxanada».

Hüquq müdafiəçisi aclıq aksiyasının artıq effekt verdiyini, beynəlxalq qurumların M.Hüseynovun və onun timsalında başqa siyasi məhbus sayılan şəxslərin müdafiəsinə qalxdıqlarını söyləyir. O, bunun M.Hüseynova və başqalarına stimul verdiyi qənaətindədir. O.Gülalıyev bu addımın siyasi məhbus sayılan şəxslərin azadlığa çıxması yönündə ən effektli addımlardan biri olacağına ümid edir.

«Aclıq onların səhhətinə böyük zərbə vurur», – Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli gənc fəalların aclığa başlaması haqda danışarkən deyir. Amma əlavə edir ki, hakimiyyət onlara başqa yol buraxmayıb, düşdükləri duruma diqqət çəkməkdən ötrü bu, son haray, son çarədir: «Normal demokratik ölkədə insan haqsızlığın aradan qaldırılması üçün sivil yola, məhkəməyə müraciət edir. İşgəncə varsa, prokurorluqdan araşdırma aparmasını istəyir. Azərbaycanda dövlət institutları, ədaləti, insan hüquqlarını qorumalı qurumlar çalışmır, funksionallığını itirib».

Azərbaycan reallığını bu cür təsvir edən keçmiş deputat dövlət qurumlarının böhran yaşadığını söyləyir.

Deputat: «Azərbaycanda məhkəməmiz hər bir məsələyə baxa bilər»


Y.Mahmudov

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Yaqub Mahmudov M.Hüseynovun məsələsindən və məhbusların aclıq aksiyası qərarından xəbərsiz olduğunu deyir: «Tanış deyiləm. Mən rayondayam. Qayıdım şəhərə… Bilmədiyim, məlumatım olmayan məsələ haqda danışa bilmirəm».

Y.Mahmudov Azərbaycanda qanunların işləməməsi, məhkəmələrin azad olmaması haqda suçlamaları da rədd edir.

«Bizim məhkəmə sistemimiz ədalətlidir, müstəqildir. Nə ehtiyac var? Azərbaycanda məhkəməmiz hər bir məsələyə baxa bilər», – deputat əlavə edir.

Xatırlatma

Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqer həbsinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqqer ittihamı qurama sayır.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button