2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qoca Səmədov azadlığa buraxılıb

Keçmiş icra başçısının apelyasiya şikayəti təmin olunub

Yevlaxın keçmiş icra başçısı, 2019-cu ilin dekabrında həbs olunan Qoca Səmədov iyulun 26-da azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə keçirilən məhkəmə prosesində onun səhhətindəki problemlər əsas gətirilərək, bu barədə qərar çıxarılıb.

Məhkəmə Qoca Səmədov haqqında tibbi ekspertizanın rəyini əsas götürüb. Ekspert rəyində isə onun kəskin ürək xəstəliyindən əziyyət çəkdiyi göstərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qoca Səmədovun vəkili müvəkkilinin durumunun kritik olduğunu əsas gətirərək, onun vaxtından əvvəl azadlığa buraxılması üçün bundan əvvəl aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə (çünki cəza çəkdiyi müəssisə bu rayonun ərazisində yerləşir-red.) müraciət etmişdi. Həmin məhkəməyə də bu ekspertizanın rəyi təqdim olunmuşdu. Lakin Nizami Rayon Məhkəməsi sabiq icra başçısını azadlığa buraxmaqdan imtina etmişdi.

Vəkilin həmin qərardan verdiyi şikayəti Bakı Apelyasiya Məhkəməsi təmin edib.

1959-cu il təvəllüdlü Qoca Səmədov Azərbaycanda icra başçılarının həbs dalğasında ilk cəzalandırılanlardan biri olmuşdu. O, həbsdə olduğu müddətdə də uzun müddət Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılıb, hətta ürəyindən əməliyyat olunub.

2022-ci ilin oktyabrında isə sabiq icra başçısının durumu daha da pisləşdiyinə görə o, Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.

Vəkilinin bildirdiyinə görə, sabiq icra başçısı həbs olunmamışdan əvvəl də açıq ürək əməliyyatı keçirmiş, ürəyinə stendlər qoyulmuşdu.

2021-ci ilin sentyabrında Qoca Səmədovun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılarkən onun vəziyyəti pisləşmişdi. O, əvvəlcə Şəki Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya göndərilmiş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Bunu nəzərə alaraq, məhkəmə sabiq icra başçısının ev dustaqlığına buraxılmasına qərar vermişdi. Lakin hökm oxunanda o, yenidən məhkəmə zalında həbs olunmuşdu.

Qoca Səmədov 2011-2019-cu illərdə Yevlaxın icra başçısı olub. O, 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlarla Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 3 ay azadlıqdan məhrum edilsə də, sonradan apelyasiya instansiyası cəzasını 6 ilə endirib.

Qoca Səmədov özünü qismən təqsirli bilir. O bildirib ki, müəyyən qanun pozuntularına yol verib. Lakin məqsədi mənimsəmək olmayıb. Onun sözlərinə görə, rayonda görülən elə işlə vardı ki, onlar üçün büdcədə vəsait nəzərdə tutulmurdu. Əldə olunan vəsatələri həmin işlərə sərf edirdi.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button