Loading...
Loading...
Texnologiya

Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlum olub

    Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib. Flaqman smartfon istifadəçiləri üçün ən maraqlı olan faktor isə Snapdragon Technology Summit adlı tədbirdir. Belə ki, məhz həmin tədbir çərçivəsində Qualcomm şirkəti yeni flaqman prosessoru olacaq Snapdrogn 8 Gen 2-ni təqdim edəcək. Sözügedən prosessorun təqdimatı hətta 2021-ci ildə Snapdragon 8 Gen 1-in baş tutmuş təqdimatından daha tez keçiriləcək. Bu il Snapdragon Technology Summit tədbiri 14-17 noyabr tarixlərində baş tutacaq.

    Snapdragon 8 Gen 2 flaqman prosessorunun isə tədbirin ilk günündə sərgilənəcəyi gözlənilir. Qualcomm həmçinin Snapdragon X70 adlı yeni 5G modemin təqdimatını da anons edib. Qeyd etmək lazımdır ki, sözügedən 5G modem məhz Snapdragon 8 Gen 2 prosessorunun tərkibinə inteqrasiya ediləcək. Məlumata əsasən Snapdragon X70 5G modemi saniyədə 10 Gbit yükləmə sürətini dəstəkləyir və 5G şəbəkələrində çalışmaq üçün daha geniş imkanlar təqdim edir. Snapdragon 8 Gen 2-yə gəldikdə isə o, TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.

    Bu prosessorun tərkibinə 1 ədəd Cortex-X3 nüvəsi, 2 ədəd Cortex-A720 nüvəsi, 2 ədəd Cortex-A710 nüvəsi və 3 ədəd Cortex-A510 nüvəsi daxil olacaq. Beləliklə Snapdragon 8 Gen 2 prosessoru flaqman prosessorlar üçün adəti üzrə 8 nüvədən ibarət olacaq. Prosessorda qrafik imkanlardan isə Adreno 740 çipi cavabdeh olacaq. İnsayderlərin məlumatlarına əsasən Snapdragon 8 Gen 2-ni ilk əldə edəcək smartfon Xiaomi 13 olacaq. Sözügedən smartfon seriyasının təqdimatı ilin sonuna kimi baş tuta bilər.

24 saat” “Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlum olub” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button