2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Qubad İbadoğlu Prezidentin pensiyaları artırmaqla bağlı sərəncamını ələ saldı – AYIBDIR!

24 saat” xəbər verir ki, bu sözləri  iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsisçisi və sədri (2015-2021), Ratqers Universitetinin  müəllimi Qubad İbadoğlu feysbuk profilindən paylaşıb.
“Bu qədər fırıldaq, yalançı, xalqını aldadan, pensiyaçılarını ələ salan anti-milli hakimiyyət barədə nə oxumuşam, nə də eşitmişəm”.
Çox təəssüf ki, siz bu hakimiyyətin yalanlarına 30 ildir ki, “inanır” və dözürsünüz. Baxın, Qanuna görə hər il orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir.
Hazırda Azərbaycanda əmək pensiyalarının minimum məbləği 240 manatdır, indeksləşdirmə 15 faiz gözlənilir, bu halda minimum pensiya məbləği avtomatik olaraq 276 manata (240 x 15 faiz = 36 manat) qalxır. Bunu bilə-bilə prezident sərəncam verib ki, pensiyaların minimum məbləğini 280 manata qaldırılsın. Axı İlham Əliyevin sərəncamı olmazsa da yanvarın 1-dən 15 faizlik indeksləşdirməyə görə əmək pensiyaların minimum məbləği 276 manata qalxır.

Siz kimi aldadırsınız?

Məgər bilmirsiniz ki, indeksləşdirmə dəyərsizləşmənin kompensasiyasıdır. Nədən pensiyaların minimum məbləğini 4 manat qaldırmaqla aşağı pensiya alan 100 mindən çox ahıl vətəndaşın hissiyatına toxunursunuz, onları aldadırsınız, alçaldırsınız? Hələ utanmadan da hakimiyyətin yandaş mediası da pensiyaçılara şad xəbər başlığı ilə yazır ki, prezident pensiyaların minimum məbləğini 40 manat və ya 16,7 faiz artırdı. Yalnız minimum səviyyədə pensiya alanlar nəzərdə tutulan 4 manatlıq artıma görə bu həngamə nəyə lazımdır? Çingiz Abdullayev demişkən heç utanırsıınız, ayıb deyil.
Görün Azərbaycan manat alıcılıq qabliyyətini nə qədər itirib ölkədə yaşam şərtləri necə çətinləşib, heç olmazsa pensiyaçıları aldatmayın, vicdanınız olsun!
P.S. Az da olsa bu hakimiyyətdə sosial ədalət olsaydı, əvvəl pensiyaların minimum məbləğini 280 manata çatdırıb, sonra onun üzərindən indeksləşdirmə tətbiq edərdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button