2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qubad İbadoğluna yeni ittiham verməyə hazırlaşırlar?

 “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin fəaliyyətilə bağlı araşdırmalara başlandığı bildirilir

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğluna yeni ittihamlar verilə bilər. Bu barədə onun qardaşı Qalib Bayramov məlumat verib.

Qalib Bayramov bildirib ki, qardaşının işi üzrə istintaqçılar “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin fəaliyyətilə bağlı araşdırmalara başlayıb. O hesab edir ki, məqsəd təşkilatın fəaliyyətilə əlaqədar da Qubad İbadoğluna yeni ittihamlar irəli sürməkdir.

Saytların yığılması Saytlarin yigilmasi
Foto: Qalib Toğrulun şəxsi arxivindən

Qalib Bayramov deyir ki, 2014-cü ildən sonra bu təşkilatın fəaliyyəti olmayıb. Təşkilatın o vaxta qədər olan fəaliyyətini isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi 2015-2016-cı illərdə araşdırıb. Bu araşdırma o zaman “QHT-lərə qarşı cinayət işi” çərçivəsində həyata keçirilmişdi:

“Cinayət işi çərçivəsində ofisimizdəki 130 qovluqdan ibarət bütün maliyyə sənədlərini götürmüşdülər. İstintaq İdarəsinin dəvət etdiyi Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama aparmışdı. Yekunda Maliyyə Nazirliyinin əməkdaşları vergidən və məcburi ödənişdən yayınma ilə bağlı fakt aşkarlanmaması haqda akt da tərtib elədilər. O vaxt bizə qrantların Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmaması bəhanəsilə ƏDV-dən yayınma ilə bağlı 130 min 900 manatlıq vergi ittihamı verilmişdi. Mən İqtisadi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi bütün qrantların dövlət qeydiyyatına alınması barədə sənədləri idarəyə təqdim elədim. Bundan sonra ekspertiza təyin olundu və barəmizdəki cinayət işi dayandırıldı. Xitamla bağlı bütün əsaslar olsa da, cinayət işinə xitam verilmədi, məhz dayandırıldı. Bəhanələri də o oldu ki, “bu cinayət işi tək sizinlə bağlı deyil, ümumi QHT işidir”. İndi məlum olur ki, belə günlərdə istifadə eləmək üçün xitam verməyiblər”.

Qalib Bayramov vurğulayır ki, Baş Prokurorluğun vaxtilə Maliyyə Nazirliyi ilə birgə yoxladığı maliyyə sənədlərini yenidən araşdırmaq və onun əsasında ittiham irəli sürməyə cəhd etmək absurddur.

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button