2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi bildirilir

Həbsdə olan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 12-də onun qardaşı Qalib Toğrul “Turan” informasiya agentliyinə açıqlamasında bildirib.

Qalib Toğrulun sözlərinə görə, qardaşının səhhətində son günlər kəskin pisləşmə qeydə alınıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Növbəti müayinəsindən sonra qardaşıma polineyropatiya diaqnozu qoyulub, 10 gün sistem köçürülməsi və sonra bir ay dərman müalicəsi təyin edilib. Son 7 ayda şəkərin aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır”.

Qalib Toğrul həmçinin bildirib ki, qardaşının səhhətinin kəskin pisləşməsinə baxmayaraq, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun müalicə müəssisəsinə köçürülməsinə imkan vermir:

“Bir həftədən sonra istintaq dövrünün ikinci uzadılma müddəti başa çatır və son 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb”.

Məsələ ilə bağlı Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Xatırladaq ki, Qubad İbadoğlu ötən il iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.  

Qubad İbadoğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

Siyasətçi ittihamları rədd edir və həbsinin siyasi fəaliyyətinə görə olduğunu bəyan edir. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button