2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Qubada torpaq sürüşməsi – İstirahət zonası su altında qalıb

Quba rayonunun dağ-meşə massivində torpaq sürüşməsi baş verib.

“Report”un Şimal bürosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.
Belə ki, dağın yamac hissəsi uçaraq Qudyalçaya tökülüb, nəticədə böyük torpaq kütləsi çayın qarşısını kəsib.
Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib. Bəzi turizm yerləri, xüsusilə Elxan Muradova məxsus istirahət zonası su altında qalıb. Torpaq sürüşməsi Qudyalçayın qarşısını tamamilə kəsmək üzrədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button