2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qubadlının keçmiş başçısı Polşada saxlanıb

Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyev Azərbaycan tərəfinin İnterpola verilən müraciətinə əsasən saxlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Prokurorluğun məlumatına görə, o, 1993-cü ildə baş verən bir sıra xüsusilə ağır cinayətlərin törədilməsində təşkilatçı kimi şübhəli sayılır.

Qubadlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, (Qəsdən adam öldürmə) 29 ( Cinayət etməyə cəhd), 120.2.11, 309.2 (vəzifə səlahiyyətini aşma) və digər maddələri ilə cinayət işi başlanıb: “Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunub. Oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanıb”.

Qeyd olunub ki, hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədilə Baş Prokurorluq aidiyyəti qurumlara sorğu göndərib.

Bu açıqlamaya, hələlik, E.Nuriyev və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Lakin onun yaxınları bu ittihamları qurama sayır.

Elxan Nuriyev uzun müddətdir Ukraynada yaşayıb. Onun yaxınlarının verdiyi məlumata görə, o, Ukrayna vətəndaşıdır və dəfələrlə xaricə çıxsa da, heç bir problem yaranmamışdı.

E.Nuriyev 1992-1993-cü illərdə (Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində) Qubadlı rayon İcra Hakimiyyəti başçısı işləyib.

Ondan əvvəl isə onun Azərbaycan ərazilərinin müdafiəsində yaxından iştirak etdiyi deyilir.

O, Gəncədə hakimiyyətə qarşı silahlı itaətsizlikdən və hakimiyyət dəyişikliyindən sonra Azərbaycandan gedib.

Yaxınlarının bildirməsinə görə, o, Ukrayna vətəndaşı, Ali Radanın Hüquq komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədridir.

Son vaxtlar onun tez-tez internet televiziyaları ilə müsahibələri yayılırdı. Həmin müsahibələrdə o, Rusiya əleyhinə davamlı fikirlər səsləndirirdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button