Səudiyyə Ərəbistanının şimalındakı Təbərcəl şəhərində qum fırtınası baş verib.
Şəhərdə səmanın narıncı rəngə boyanması ilə görmə qabiliyyəti xeyli aşağı düşüb. Qum fırtınası səbəbindən avtomobillər yollarda hərəkət etməkdə çətinlik çəkib.
Səlahiyyətlilər sürücüləri yavaş sürməyə və farlarını hər zaman açıq saxlamağa çağırıb, tənəffüs xəstəlikləri olan şəxsləri evdən çıxmamağa çağırıb.
(İHA)
Tərcümə“24 SAAT”
You must log in to post a comment.