2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qurban Qurbanov azərkeşlərin stadionlara gəlməməsindən gileylənib

“Qarabağ” futbol klubunun baş məşqşisi Qurban Qurbanov azarkeşlərin yerli çempionata marağının olmamasından gileylənib. 

Toplum TV “Qol.az”-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sabah”la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azarkeş marağı olmayanda matçlar yaxşı alınmır:

Saytların yığılması Saytlarin yigilmasi

“Çox istəyərdim ki, azarkeş sayı çox olsun. Belə futbolçular daha çox istəkli olur, daha baxımlı oyun gedir. Futbol azarkeşsiz bir o qədər maraqlı görünmür. İnanın ki, azarkeş az olanda oyun ajiotaj yaratmır. Amma matç 10-15 min azarkeş qarşısında keçiriləndə, daha ajiotajlı görünür. Əfsuslar olsun ki, bunu edə bilmirik. Bilmirəm günahkar bizik, klubdur, yoxsa ümumi futbolumuzdur. Lakin azarkeşlərin gəlməsinə çox ehtiyac var. Futbol azarkeşssiz futbola bənzəmir. Bu, futbolun səviyyəsini çox aşağı salır. Futbolçu 10-15 min azarkeş qarşısında daim oynasa, o hər oyunda 10-15 faiz daha yaxşı oynayar, daha məusliyyətli olar. Mütləq nəsə bir yol tapılmalıdır. Futbol üçün nəsə düşünülməlidir ki, azarkeşlərimiz hansısa formada stadiona gəlsinlər”. 

Qurbanov qeyd edib ki, 10-15 il əvvəl çempionatın oyunlarına daha çox azarkeş gəlirdi. Mütəxəssis əvvəllər “Xəzər-Lənkəran” komandası ilə oyunları xatırladıb: “Ora başqa motivasiya ilə hazırlaşırdıq. 10-12 min azarkeş olurdu. Sanki avrokubok oyununa çıxırdıq, hazırlaşırdıq. Çox istəyərdim ki, “Xəzər Lənkəran” yenidən qayıtsın.

Premyer Liqamızın səviyyəsini qaldırmaq lazımdır. Rəqabəti yaxşılaşdırmaq lazımdır”, – deyə o açıqlamasında vurğulayıb. 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button