2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rəsmi Bakı Avropa İttifaqının rəsmisini "məsuliyyətsizlikdə" ittiham edib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkədə jurnalistlərə qarşı rəftardan narahatlığını dilə gətirən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya cavab verib. 

Toplum TV xəbər verir ki, bu barədə Hacızadə yanvarın 17-də “X” hesabında məlumat paylaşıb. 

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”, – XİN rəsmisi bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir. 

Qeyd edək ki, Mixalko məlum bəyanatında Azərbaycanda jurnalistlərə qarşı rəftardan “dəhşətə gəldiyini” bildirib.  

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni dəhşətə gətirib, bu, xüsusilə məhkəmə zallarında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclardan məhrum edilmiş gənc qadınlara aiddir. Hər bir kəsin ləyaqətlə və hörmətlə rəftar olunmaq hüququ var”, – Mixalko açıqlamasında vurğulayıb. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button