Vakansiya 2021

Rabitəbank Son müraciət:20.10.2021 Xəzinədar

 

“Rabitabank” ASC Baki filiallar üzrə Xəzinədar vakansiyasını  elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
  • Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir.
  • Sayılmış pulların bandrollaşdırılmasını  və bağlanmasını həyata keçirir.
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərilərə ancaq baş xəzinədar  və ya filial müdir tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, mıəxarici və valyuta mübadiləsi xidməti  göstərir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
  • Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Aidiyyatı sahədə ən azı 1 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir)
  • kollektivdə işləmək qabiliyyəti
  • Vətəndaş qüsursuzluğuna malik olmalı
  • Ciddi nəzarət etmək qabiliyyəti olmalı
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar” göstərməyiniz xahiş olunur.

Instagram

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button