2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Rafael Ağayev “Yuventus”a dəvət alıb

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyanın “Yuventus” klubundan dəvət alıb.

 

“Report”un məlumatına görə, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi əlaqə saxlayaraq, onun barəsində danışıb: “İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, “Yuventus”un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı “Yuventus”a hədiyyə edəcəyəm. Muzeyləri ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm”.

Saytların yığılması Saytlarin yigilmasi

“19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim” deyə R.Ağayev əlavə edib.

Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button