Loading...
Loading...
Cəmiyyət

Ramil Usubov 7 polis rəisini dəyişdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub. Daxili İşlər naziri Ramil Usubov 7 polis rəisini dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanovvəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi,

Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi,

Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi,

Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev vəzifəsindən azad olunaraq Xəzər Rayon Polis İdarəsinin rəisi,

Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi,

Səbail Rayon Polis İdarəsinin rəisi Şəmşir Kazımov vəzifəsindən azad olunaraq İsmayıllı rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.

Gəncə Şəhər Baş Polis İdarəsinin işdən çıxarılan rəisi Faiq Şabanov və Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov sərəncama götürülüb.

DİN Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”a təyinatlarla bağlı məlumatı təsdiqləyib.

24saat.org

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button