2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Regional əməkdaşlıq sayəsində Fransanın regiona müdaxiləsinin qarşısını almaq lazımdır” – RƏY

“Regional əməkdaşlıq sayəsində kənar güclərin, o cümlədən Fransanın regiona müdaxiləsinin qarşısını almaq lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report” a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Ekspertin sözlərinə görə, Fransanın bölgəyə soxulmaq cəhdi “3+3” platforması üçün müəyyən qədər təhdid ola bilər: “Xüsusilə, nəzərə almaq lazımdır ki, bu, təkcə mülki xarakterli addım deyil. Fransanın regiona soxulması həm də bu dövlətin öz strateji maraqlarından xəbər verir. Odur ki, məhz regional əməkdaşlıq sayəsində Fransanın bu cəhdlərinin qarşısını almaq lazımdır”.

O bildirib ki, bu, qlobal təhdidlərin qarşısının alınması baxımından da effektivdir: “Bunun əsas səbəbi Ermənistan, İran və Gürcüstanın zaman-zaman nümayiş etdirdiyi tərəddüddür. Amma “3+3” layihəsi istiqamətində atılan addımlar kifayət qədər rentabellidir. Altılıq platformasının möhkəmlənməsi ehtimalı indiki məqamda kifayət qədər yüksəkdir. Gürcüstan əməkdaşlıq yolunu tutsa, Rusiya ilə münasibətləri düzəltsə, ağıllı davranmış olar. Bu, Gürcüstan üçün ideal şansdır. Cənubi Qafqazda regional əməkdaşlıq platforması yaranıb. Bura təkcə iqtisadi əməkdaşlıq yox, həm də regional təhlükəsizliyin təmin olunması daxildir”.

Ə.Əlibəyli söyləyib ki, Gürcüstanın Rusiya faktorunu bəhanə etməsi başadüşülən deyil: “Ən azından ona görə ki, bu platformada iki qonşu ölkə – Azərbaycan və Türkiyə də təmsil olunur. Rəsmi Tbilisinin həm Bakı, həm də Ankara ilə iqtisadi əlaqələri var. Ümumiyyətlə, altılıq platforması region ölkələrinin hər birinin xeyrinədir. Rusiya və Türkiyə bu yolla kənar güclərin regiona soxulmasının qarşısını ala bilər. Azərbaycan üçün “3+3” platformasının əsas əhəmiyyəti Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları qoruyub saxlamaqdır. Bu, həmçinin, Ermənistan və İran üçün də vacibdir. Çünki Qərb artıq Ermənistanın sərhədinə gəlib çıxıb”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov dünən, oktyabrın 24-də BBC radiosunun canlı efirində Cənubi Qafqaz ölkələrinin regional məsələlərin həllində əsas rol oynamalı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, kənar oyunçuların regiona müdaxiləsinin qarşısını alacaq.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button