2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Respondentlərin yarıdan çoxu postmünaqişə dövründə siyasi-diplomatik mübarizənin davam etdirilməsini dəstəkləyib – SORĞU

 

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanın zəfər dövründə əsas hədəfləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə növbəti sorğuları keçirib. Sorğular çərçivəsində respondentlərə “Sizcə, Azərbaycanın qarşıdakı əsas hədəfləri hansılar olmalıdır?” sualı ünvanlanıb və ən vacib üç hədəfi qeyd etmələri istənilib.

 

Saytların yığılması Saytlarin yigilmasi

STM-dən “Report”a bildirilib ki, bu istiqamətdə ictimai rəy cari ilin sentyabr ayı ərzində keçirilmiş sorğularda da öyrənilib və hazırkı nəticələr son bir ay ərzində baş verən tarixi əhəmiyyətli hadisələrdən sonra dövri dinamikanı müəyyən etməyə imkan verib.

 

Sorğunun nəticələrinə görə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması və hərbi-siyasi uğurları fonunda ictimai rəydə milli maraqlar üzrə əsas hədəf Orta dəhlizin açılmasıdır. Belə ki, sorğuda iştirak edənlərin 62,2%-i bu mövqedən çıxış edib. Ötən sorğu üzrə də Orta dəhlizin açılması barədə göstərici təqribən eyni olmaqla (63,3%) prioritet təşkil edib.

 

Sorğuda iştirak edənlərin 58,3%-i postmünaqişə dövründə əsas hədəfin qələbəni möhkəmləndirmək məqsədilə siyasi-diplomatik mübarizənin aparılması olduğunu bildirib. Bu mövqe gənc nəsillə müqayisədə orta və yaşlı nəslin rəylərində daha çox üstünlük təşkil edib.

 

Nəticələrin ardıcıllığı üzrə, ictimai rəydə növbəti sırada Qarabağa qayıdışın sürətləndirilməsi hədəfi dayanıb. Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağının ucaldılmasından sonra bu istiqamətdə ictimai rəy əhəmiyyətli ölçüdə artıb. Ötən sorğuda bu mövqe respondentlərin 36,4%-i tərəfindən, hazırkı sorğuda isə 47,9%-i tərəfindən ifadə olunub.

 

Respondentlərin 41,7%-i Ermənistanla sərhədlərin müəyyən olunmasını, 39,8%-i sülh müqaviləsinin imzalanmasını Azərbaycanın qarşıdakı əsas hədəfləri kimi qiymətləndirib. Ötən sorğu ilə müqayisədə bu barədə ictimai rəydə müsbət dinamika qeydə alınıb.

 

Sorğuda iştirak edən hər üç nəfərdən biri (33,6%) qarşıdakı əsas hədəf kimi, Qərbi Azərbaycana qayıdış reallaşmasını vacib hesab edib. Bu fikir gənc nəsillə müqayisədə orta və yaşlı nəsil tərəfindən daha çox ifadə olunub.
Respondentlərin 19,6%-i Qarabağdakı erməni sakinlərin reinteqrasiyasını əsas hədəf kimi qiymətləndirib. Bu mövqe orta təhsillilərin 17,0%-i, ali təhsillilərin 26,8%-i tərəfindən ifadə edilib. Qeyd edək ki, reinteqrasiya ilə bağlı rəylər ötən sorğularda 15,7%-ə bərabər olub.

 

İctimai rəydə milli maraqlar çərçivəsində əsas hədəflərin müəyyən olunması ilə yanaşı, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra, Prezidentin növbəti hədəflərə nail olacağına ictimai inam öyrənilib. “Prezidentin bəyan etdiyi növbəti hədəflərə nail olacağına inanırsınızmı?” sualına cavab olaraq, sorğu iştirakçılarının 84,6%-i tam inandığını, 14,6%-i əsasən inandığını bildirib. Respondentlərin cəmi 0,3%-i inanmadığını ifadə edib, 0,5%-i rəyini bildirməkdə çətinlik çəkib.

 

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 18 – 20 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

 

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button