2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Robert Sekuta prezidentlərin görüşü barədə danışdı

Rusiyanın təşəbbüsü ilə reallaşan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburq görüşündə ABŞ-dan da nümayəndə olacaq.

ANS TV-nin məlumatına görə, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin görüşdə iştirak edəcəyini deyən Birləşmiş Ştatların ölkəmizdəki səfiri Robert Sekuta Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarması barədə Vaşinqton və Moskva arasında razılaşma əldə olunması ilə bağlı yayılan xəbərlər də münasibət bildirib. O, münaqişənin həlli üçün  tərəflərin özlərinin razılıq əldə etməsinin vacibliyini vurğulayıb.

“Mən əsassız şayiələr barəsində hansısa bir fikir söyləyə bilmərəm. Onu deyə bilərəm ki, əgər siz bizim Minsk qrupu həmsədri cənab Uorlikin bəyanatları ilə tanış olsaz görəsiz ki, həm fransalı, həm  rusiyalı həmsədrlərlə birgə ATƏT-in Minsk qrupu həmsədrlərinin və Minsk qrupu üzvü ölkələrinin əsas məqsədi münaqişə tərəflərini bir araya gətirməkdir ki, tərəflər sülh sazişi əldə edə bilsinlər”,- deyə səfir bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Səfir Robert Sekuta həmçinin qeyd edib ki, Rusiya kimi  Birləşmiş Ştatlar da münaqişənin dinc yolla nizamlanması üçün təşəbbüs göstərən tərəfdir. Təkcə Minsk qrupu üzvü kimi yox, həm də ABŞ dövlət katibinin iştirakı ilə Dağlıq Qarabağ problemi tərəflər arasında müzakirə olunub.  “Cəbhədə tərəflər atəşkəs razılaşmasına sadiq qalmalıdır” deyən amerikalı səfir təmas xəttində baş verən insidentlərin araşdırma mexanizmlərinin yaradılması fikrini də dəstəklədiklərini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button