2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Robotlarla seks təhlükəlidir

“The Daily Mail” qəzeti gələcəyin seksindən söz açır. Elm məsələləri üzrə müxbir Colin Fernandez yazır ki, yaxın gələcəkdə yeniyetmə qızlar öz bakirəliklərini robotlarla cinsi əlaqə zamanı itirə bilər.

Sheffield Universitetindən robotika professoru Noel Sharkey xəbərdarlıq edib ki, “android seks oyuncaqları” cəmiyyətlərin gələcəyi üçün ziyanlı nəticələrə səbəb ola bilər.

O xatırladır ki, bir vaxtlar internet pornoqrafiyasının yüksəlişi hakimiyyət orqanları üçün tam gözlənilməz olmuşdu, indi isə “robot inqilabı” bundan da seysmik gücə malik ola bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Cheltenham Elm Festivalında çıxış edən professor Sharkey deyib ki, o, “seks barədə kifayət qədər liberal baxışlara malikdir” və buna görə də maşınlarla seksdə heç bir problem görmür.

Onu narahatlığı yeniyetmə qızların ilk seksual təcrübəsinin robotlarla ola bilməsi ehtimalındandır.

‘Bundan sonra sizin əks cins barədə təsəvvürünüz nədən ibarət olacaq? – deyə sual edib alim, – Bu kişidir, yoxsa qadındır?”

Professorun fikrincə, belə ilkin seksual təcrübədən sonra insanların normal münasibətlər qurması çətinləşəcək.

Seks robotlarının söz ehtiyatı məhduddur

“The Daily Mail” yazır ki, tam canlı insan görkəmində, lakin məhdud söz ehtiyatı olan seks robotları artıq ABŞ və Yaponiyanın mağazalarında satılır.

Professor Sharkey deyir ki, bu “oyuncaqların” 16 yaşından aşağılara satılması qadağandır, lakin robotların məhz bu yaş katerqoriyasına daxil uşaqların əlinə keçəcəyini kim istisna edə bilər?

Alim bunu da qeyd edib ki, seks robotları artıq mövcuddur və yaxın 10 ildə inkişaf edən sahə olacaq.

Onun fikrincə, yaş limiti reallıqda maneə ola bilməz. Məsələn əgər valideynlərdən birinin evdə belə bir robotu varsa, kim zəmanət verə bilər ki, uşaqlardan biri bu “oyuncağa” yol tapmayacaq.

Hazırda satışda olan seks kuklaları müxtəlifdir, lakin onların arasında ən məşhuru TrueCompanian brendindən olan robotlardır.

Onların qadınlar üçün olan modifikasiyası Roxxxy, kişilər üçün olan modeli isə Rocky adlanır və pərakəndə satış qiyməti təxminən 10 min dollardır.

Seks robotları zövqə görə sifariş edilə bilər, yəni müştərilər “oyuncağın” dəri, saç, göz rənglərini, üz quruluşlarını özləri seçə bilərlər.

Qadağan etmək lazımdır

Lakin məqalədə deyilir ki, sözün əsl mənasında avtonom, yəni düşünən və hiss edən robotların yaranması hələ də uzaq perspektivdir.

Başqa bir robot eksperti, De Montfort Universitetindən Kathleen Richardson isə deyir ki, belə robotların Britaniyaya idxal edilməsinə qadağan qoyulmalıdır.

Xanım Richardson ötən il BBC-ə bildirmişdi ki, hazırda seks robotları ümumilikdə robot sənayesinin diqqət mərkəzindədir və bu, narahatlıq doğurmaya bilməz.

Ekspert deyir ki, insana yaxın robotların yaradılması qadınlar və kişilər, böyüklər və uşaqlar arasında normal münasibətlər üçün dağıdıcı təsirə malik ola bilər.

bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button