2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏXəbərlər

Rüfət Quliyev: “İstəyirəm daxildə istehsal olunan siqaretlər daha çox satılsın”

“Ona sual edirəm, cavab verir ki, ayib olsun, cənab deputat”

24saat.org Milli Məclisin deputatı Rüfət Quliyevlə müsahibəni təqdim edir.

– “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub və birinci oxunuş müzakirədən keçib. Siz qanunda bir sıra məqamlara etiraz edirdiniz. Etirazınıza səbəb nədir?

Saytların yığılması Saytlarin yigilmasi

– Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbul edilməlidir. Çünki əksər ölkələrdə bu və ya buna oxşar qanunlar qəbul edilib. Sadəcə olaraq siqaret çəkən insanların hüquqları da nəzərə alınmalıdır. Qapalı və açıq məkanlarda xüsusi yerlər yaradılsın, burada siqaret çəkməyə icazə verilsin. Mən həmçinin hesab edirəm ki, filtrsiz siqaretlərin satışı və istehsalı dayandırılmalıdır. Çünki filtrsiz siqaretlər filtrli siqaretlərlə müqayisədə onu istifadə edənlərə 3-4 dəfə çox ziyan vurur.

– Ölkədə tütünçülüyün inkişafı üçün hansı addımlar atılmalıdır?
– Azərbaycanda tütünçülük inkişaf edir. Yaxın 2-3 ildə xaricə tütün ixrac etmək o qədər də real deyil. Ona görə ki, tütünçülüyün özündə bəzi islahatlar keçirilməlidir. Bura tütünün keyfiyyəti, tərkibi, toxumları və digər məsələlər aiddir. Eləcədə tütünün alıcıları əvvəlcədən tapılmalıdır. Əlbəttə, xüsusi proqram var və ciddi iş gedir. Amma əvvəl istehsal edib sonar alıcı axtarmayaq. Birinci alıcını tapmaq, bura gətirmək və göstərmək lazımdır ki, bu torpaq, bu stabillik, bu iqtisadi dayanıqlıq, xüsusi sahibkar mühiti.

– Hazırda Azərbaycanda neçə tütün fabriki fəaliyyət göstərir?
– Məndə olan informasiyaya görə, ölkəmizdə 3 tütünçülük fabriki var. Bunlar Şəki və Naxçıvandakı tütün fabrikləri, eləcə də “European Tobacco” tütün fabrikidir. Təbii ki, bundan sonra da fabriklər açıla bilər. Qeyd edim ki, xaricdən gətirilən siqaretlər ölkədə istifadə olunan siqaretlərin 80 %-ni təşkil edir. Azərbaycan məhsulu xaricdən gələn məhsulla rəqabət apara bilsə, bu ciddi uğur olardı. Mənim hesablamamı görə, bir qutu siqaretə 7 kiloqrama qədər tütün istifadə edilir. Məncə, Azərbaycanda istehsal olunan ucuz siqaretlərin payına ölkəmizdə istehsal edilən tütün düşə bilər. İndi bu rəqəmi 1000 qutulara vurun görün nə qədər edir. Azərbaycan istehsal etdiyi tütünün min tonuna qədərini istifadə edə bilər. Amma xaricdən gələn siqaretlərin tərkibində Azərbaycan tütünü yoxdur. Bizim tütün məhsulumuz ancaq Belarusda istifadə edilir. Eləcə də Rusiyanın bir neçə fabrikində.

– Xaricdən ölkəyə nə qədər tütün məhsulu gətirilir?
– Mən bunu dəqiq bilmirəm. Əslində bir tərəfdən qeyd olunur ki, tütünçülük inkişaf etməlidir. Bunun üçün ilk olaraq bazar daxildə olmalıdır.

– Bu qanunda sizin maraqlı olduğunuz və mümkün qədər siqaretin daha çox istifadə edilməsi və satılmasına çalışdığınıza dair iddialar var. Bu haqda nə deyə bilərsiniz?
– Mən bu məsələlərdən kənarlaşmışam. Söhbət ondan gedir ki, mən onun tərəfdarıyam ki, Azərbaycan bazarında yerli məhsul istehsal edilsin və xaricdən gələn məhsulları əvəz etsin. Bu, əslində bizim yeganə çıxış yolumuzdur.

İkinci mərhələdə yerli məhsul xaricə ixrac edilməlidir ki, ölkəyə valyuta gəlsin. Elə bir ölkə yoxdur ki, hər yerdən xammalı gətirib ölkədə istehsal etsin. Bu işlə adətən Körfəz ölkələri məşğul olurdu. İndi hətta onlar da başlayıblar yerli istehsala. Cənab prezident bizdə bütün şəraiti yaradıb. Bir qədər də bizim sahibkarlar tənbəllikmi, qorxumu, ətalətmi var, bilmirəm. Təsəvvür edin ki, kənddə yaşayan insan kartofu, soğanı, südü, yumurtanı, göyərtini gedib super marketlərdən alır. Hələ ona sual verirəm, cavab verir ki, ayib olsun, cənab deputat! Deyir super market tikilib, allah hökumətin canını sağ etsin.

– Sizin tütün və ya siqaret məsələsində maraqlı olduğunuz haqda iddialara cavabınız nədir?
– Mən vətənpərvərlik mövqedən çıxış edirəm. Fikirlərimi üzümçülük başda olmaqla bütün məhsullara aid edirəm. Daxildə istehsal edilən məhsul daxildə satılmalı və sonar ixrac edilməlidir. Qanunu qəbul edərək bunu kökündən kəsmək olmaz. Bir dəfə məsələ qaldırmışdılar. Yeganə adam mən oldum ki, buna etiraz etdim. Komitə sədri Eldar İbrahimov və cənab Oqtay Əsədov sağ olsunlar ki, bu məsələdə məni dəstəklədilər. Azərbaycandan çıxan konyakların üzərinə konyak sözünün yazılmasını götürmək əvəzinə brend sözü yazılması təklif olunurdu. Nədir, nədir Fransa səfirliyi bununla bağlı nazirliyə məktub yazmışdı.

– Hansı nazirliyə?
– Ad çəkmək istəmirəm. O zaman cənab Oqtay Əsədov başda olmaqla komitə sədri Eldar İbrahimov dəstək verdi. Mən konyak məhsulunun üzərinə konyak sözü deyil, brend sözünün yazılışına etiraz etdim. Belə də oldu. Azərbaycandan hər il min tonlarla konyak spirit gedir. Və yüz min butulkalarla konyak gedir.

– Hara gedir?
– Ukraynaya, Belarusa, Rusiyaya, Qazaxıstana. Təsəvvür edin ki, sən konyak sözünün əvəzinə brend yazırsan. Bu halda satış 75-80 faiz aşağı düşəcək. İnsanlar brend sözünü qəbul etmir. Mən o vaxt bu məsələdə etiraz etdim, dedim belə olsa üzümçülükdə minlərlə insan işsiz qalacaq. Bilirsinizmi, biz nə zaman Ümumdünya Ticarət Təşkilatına daxil olacağıq, onda bu məsələləri müzakirə etmək olar. Bizim Ümumdünya Ticarət Təşkilatına daxil olmağımızla bağlı siyasi qərar var. İntəhası niyə ora getmirik? İlk növbədə daxili bazarımızı qorumalıyıq. Əgər qapıları açsaq minlərlə fermer, sahibkar, kiçik istehsalçılar müflis olacaq.

– Siz siqaret mövzusunda nə dərəcədə maraqlısınız sualına cavab vermirsiniz?
– Bəli, marağım var. Mən istəyirəm ki, Azərbaycanda tütünçülük inkişaf etsin. İstəyirəm ki, ölkəmizdə daxili istehsal artsın və daxildə istehsal olunan siqaretlər daha çox satılsın.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button