2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Rus qoşunlarını Azərbaycana gətirənlər hazırda iqtidardadır”

“Putinin və İran prezidentinin Azərbaycana gəlişi Qərbə bir mesajdır. Rusiya istəyir ki, Qafqazı tam olaraq Qərbin nəzarətindən çıxarsın”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, Rusiya hazırda ağır iqtisadi böhran keçirir:
“Rusiyanın baş naziri dəfələrlə bldirib ki, artıq Rusiyada insanların əmək haqqını belə verə bilmirlər. Rusiya istəyir ki, Qafqazda sülh olsun. Azərbaycandakı 5-ci kolonun üzvləri Putinin planlarının həyata keçməsi üçün hər şeyi edirlər. 20 yanvar hadisələrin törədənlər, rus qoşunlarını Azərbaycana gətirənlər hazırda iqtidardadır. Bu şəxslər prezidenti hər zaman sabotaj etməyə çalışırlar. Putin istəmir ki, Qarabağ problemi həll olsun. Əgər bu baş versə Azərbaycan çox qüdrətli bir dövlətə çevriləcək. Putin qonşu kimi Azərbaycana gəlib gedə bilər. Amma o ölkəmizin daxili işlərinə qəti olaraq qarışmamalıdır. O, gəlib bizə məsləhət verməsin. Prezidentimiz demokratik insan kimi bilir nəyi necə eləmək lazımdır. Putin həm də qocalan, bu gün sabah o biri dünyaya gedəcək 5-ci kolonun üzvlərinə dəstək də vermək istəyir. Ölkəmizdəki rusiyapərəstlər artıq tam olaraq küncə sıxışdırılıblar. Belə hesab edirəm ki, payız aylarında ölkəmiz onlardan təmizlənəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button