Dünya

Rusiya əcnəbilər üçün surroqat ana xidmətini qadağan edəcək

Rusiya əcnəbilərin bu ölkədə surroqat ana xidmətindən istifadəsini dayandıracaq qanunu tezliklə qəbul edəcək. Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bazar günü – Rusiyada Analar Günü çıxışında deyib.

Rusiyada ödəniş qarşılığında surroqat ana xidməti qanunidir. Ancaq dini qruplar bu praktikanı tənqid edib, uşaq doğmağın kommersiyalaşdığını deyib.

“Əcnəbilərin surroqatlıq xidmətindən istifadəsini yasaqlayacaq, uşaqları qorumaq üçün hər şeyi edəcəyik. Bu qərarı dekabrın əvvəlində verəcəyik”, – Volodin Telegram-da yazıb.

Onun sözlərinə görə, son bir neçə ildə surroqat anaların dünyaya gətirdiyi 45 minədək körpə xaricə aparılıb. Uşaq alveri qəbuledilməzdir”, – o, sözlərinə əlavə edib.

Bu yaxınlarda AzadlıqRadiosuna danışan bəzi azərbaycanlı analar da Rusiyada surroqat ana xidmətindən yararlanaraq övlad sahibi olduqlarını deyiblər. Azərbaycanda surroqat hamiləliyə icazə verən qanun qəbul olunmayıb.

Rusiyalı deputatlar mayın əvvəlində bu qanunu demək olar, yekdilliklə birinci oxunuşda qəbul ediblər. Layihə üçüncü oxunuşdan keçərsə, parlamentin yuxarı palatasına təqdim olunacaq, daha sonra Prezident Vladimir Putin tərəfindən imzalanacaq.

Ukrayna hökuməti Rusiyanı fevralın sonunda işğala başlayandan 12 mindən çox ukraynalı uşağı məcburi deportasiya etməkdə suçlayır. Müharibədə 440 uşaq öldürülüb, yüzlərlə uşaq itkin düşüb.

Rusiya isə məcburi deportasiyanı inkar edir, bildirir ki, Ukraynadan adamların Rusiyaya aparılmasında məqsəd dinc sakinləri ukraynalı əsgərlərdən qorumaqdır.

Putin cümə günü – noyabrın 25-də Ukraynaya göndərilmiş bir qrup rusiyalı əsgər anası ilə görüşüb. Prezident onlara oğullarının əbəs yerə ölmədiyini deyib.

24 saat” “
Rusiya əcnəbilər üçün surroqat ana xidmətini qadağan edəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  İranlı aktrisa azadlığa buraxılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button