Loading...
Loading...
Dünya

Rusiya ABŞ-la əsir mübadiləsi danışıqlarını təsdiqləyir

Kremlin sözçüsü Dmitri Peskov iyulun 28-də jurnalistlərə deyib ki, “indiyədək bu sahədə razılaşma olmayıb”

Rusiya ABŞ-la aparılan əsir mübadiləsi danışıqlarının aparıldığını təsdiqləyir, ancaq danışıqlarda razılaşma əldə olunmadığı bildirilir. Amerikalı basketbol ulduzu Britni Qrinerlə rusiyalı silah alverçisi Viktor Bautun dəyişdiriləcəyi ehtimal olunur.

ABŞ-ın Dövlət katibi Antoni Blinken iyulun 27-də axşam deyib ki, Vaşinqton keçmiş dəniz piyadası Pol Velan və Qrinerin burtaxılması üçün Rusiyaya “əsaslı təklif” edib. Onların hər ikisinə Rusiyada irəli sürülmüş ittihamları ABŞ siyasi motivli hesab edir.

Konkret nəticə əldə olunmayıb

Blinken hazırda Birləşmiş Ştatlarda 25 illik həbs cəzası çəkən rusiyalı silah alverçisinin adını çəkməyib. O, ABŞ vətəndaşlarını öldürməyi planlaşdırmaqda, terror təşkilatına yardım göstərməkdə təqsirli bilinib. CNN isə durumdan agah mənbəyə istinadla bildirir ki, razılaşma 55 yaşlı Bauta da aid oluna bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 28-də deyib ki, “hələ konkret nəticə əldə olunmasa da”, Moskvadakı rəsmilər ümid edirlər ki, razılaşmada “hər iki tərəfin maraqları” nəzərə alınacaq.

“İki ölkənin ərazisində saxlanmış Rusiya və Amerika vətəndaşlarının qarşılıqlı dəyişdirilməsi vaxtilə Rusiya və ABŞ prezidentləri tərəfindən müzakirə olunub”, – Zaxarova deyib. Onun fevralın 24-də Rusiya Ukraynaya hücuma başlamazdan öncə iki liderin danışıqlarını nəzərdə tutduğu güman edilir.

“Onlar danışıqlar aparmaq üçün müvafiq qurumlara təlimat veriblər. Danışıqları səlahiyyətli departamentlər aparır. Hələ konkret nəticə əldə olunmayıb”, – o, sözlərinə əlavə edib.

Siyasi girov

Kremlin sözçüsü Dmitri Peskov iyulun 28-də jurnalistlərə deyib ki, “indiyədək bu sahədə razılaşma olmayıb”.

Blinken deyib ki, məsələni rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edəcəyini gözləyir, ancaq belə bir müzakirənin nə vaxt keçiriləcəyini açıqlamayıb.

ABŞ rəsmiləri və tanınmış atletlər deyirlər ki, Qriner yanlış olaraq narkotik ittihamları ilə saxlanıb, indi isə rusiyalının buraxılması, yaxud Vaşinqtonun Ukrayna müharibəsinə görə Rusiyaya sanksiyalarının yüngülləşdirilməsinə nail olmaq üçün siyasi girov kimi istifadə edilir.

Kreml isə iki dəfə olimpiya medalçısı Qrinerin siyasətlə əlaqəsi olmadığını, onun Rusiya qanunlarını pozmağa görə mühakimə ediləcəyini bildirib.

Tibbi marixuana

31 yaşlı Qriner iyulun 27-də məhkəmədə deyib ki, fevralda Moskvada aeroportda həbs edilərkən ona hüquqları izah olunmayıb, həbsi zamanı deyilən hər şey tərcümə edilməyib. Müstəntiqlər onun yükündəki elektron siqaret qutularında çətənə yağı aşkarlandığını deyiblər.

İdmançı isə aşkarlanan maddənin basketbol karyerasında aldığı yaraların verdiyi ağrılardan müalicə məqsədilə tibbi marixuana olduğunu deyib. Tibbi marixuana Rusiyada qanunsuz hesab olunur, Qriner narkotik daşımaqda təqsirli bilinərsə 10 ilədək həbsə məhkum edilə bilər.

Gözdən qaçırmayın:  Hamilə deputatın Rusiyadan qaçışı

Keçmiş dəniz piyadası və özəl təhlükəsizlik konsultantı Velan isə 2018-ci ilin dekabrında saxlanıb, casusluqda ittiham olunur.

O, ittihamları qəbul etməsə də 2020-ci ilin iyununda 16 il həbsə məhkum edilib.

Rusiya saxladığı ABŞ vətəndaşlarını həmin ölkənin həbsxanalarında olan rusiyalılara dəyişməkdə maraqlı olduğunu dəfələrlə bildirib.

24 saat” “
Rusiya ABŞ-la əsir mübadiləsi danışıqlarını təsdiqləyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button