2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiya Avropanın qazını kəsməyib. Kremldən açıqlama

Avropa ölkələri Putinin təklif etdiyi mexanizmi öyərənəcəklərini bildiriblər

Saytların yığılması Saytlarin yigilmasi

Putinin qaz üçün ödənişi rubla keçirməklə bağlı fərmanı artıq göndərilmiş qaza aid deyil. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu günkü göndərişlər üçün ödənişlər bu gün ödənilmir. Bu ödənişlər aprelin ikinci yarısında, hətta mayın əvvəlində həyata keçirilməlidir”, – Peskov vurğulayıb.

Gazprom isə bildirib ki, alıcılara qaz üçün rublla ödənişlə bağlı bildiriş göndərir, eyni zamanda tərəfdaşlar qarşısında məsuliyyətli davranaraq istehlakçılara qaz ixracını etibarlı şəkildə davam etdirir.

***

Aprelin 1-də Rusiya qazının Avropaya axını davam edib. Bu gündən Rusiya qazı üçün rublla ödəniş olunmalıdır. Prezident Vladimir Putin əks halda qazı kəsməklə hədələyib. Bir sıra Avropa ölkələri isə Putinin tələbini rədd ediblər.

Rusiyanın Gazprom enerji şirkəti aprelin 1-də qərbə qaz göndərişlərinin davam etdiyini bildirib.

Bu gün Avropaya 104.4 milyon kubmetr qaz vurulacaq, Gazprom-un sözçüsü Sergey Kupriyanov deyib. Bu, mövcud kontraktlarda nəzərdə tutulan maksimum gündəlik həcmdir.

Putinin tələbini öyrənəcəklər

Avropa ölkələri Putinin təklif etdiyi mexanizmi öyərənəcəklərini bildiriblər. Rusiyanın müştərilərə təklif etdiyi sxemə görə, Rusiyanın Gazprombank-ında açılan hesaba xarici valyuta köçürülməli, bu vəsait qaz alışı üçün rubla konvertasiya olunmalıdır.

“Onlar Rusiya banklarında rubl hesabı açmalıdırlar. Sabahdan çatdırılan qaz üçün ödənişlər bu hesablardan ediləcək”, – Putin martın 31-də deyib.

“Ödənişlər rublla edilməsə, bunu alıcıların defoltu hesab edəcəyik, bunun də nəticələri olacaq, mövcud kontraktlar dayandırılacaq”, – Putin vurğulayıb.

Neft ucuzlaşıb

Bir sıra Avropa hökumətləri Putinin tələbini kontraktların pozulması hesab edir.

ABŞ Prezidenti Co Bayden isə ABŞ-ın neft ehtiyatından günə 1 milyon barrel neftin buraxılması haqda sərəncam verib. Bayden bunu qazın bahalanmasını önləmək tədbiri kimi izah edib. Bu açıqlamadan sonra neft kəskin ucuzlaşıb.

Bayden bundan əvvəl də enerji qiymətlərinin sabit saxlanması üçün ölkənin strateji neft anbarından daha kiçik həcmlərdə neftin buraxılmasına göstəriş vermişdi.

24 saat” “
Rusiya Avropanın qazını kəsməyib. Kremldən açıqlama
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button