2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya Ermənistanla birgə qoşun yaradır

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə irimiqyaslı təlimlər başlayıb. Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub. Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunur.

Noyabrın 12-də İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
Hərbçilər qarşısında çıxış edən İlham Əliyev bir sıra ciddi mesajlar verib.
Prezident aprel ayında işğaldan azad edilmiş Lələtəpə yüksəkliyinin önəmini vurğulayıb. “Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olub. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi – tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq” – deyə dövlət başçısı vurğulayıb.
“Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”
İlham Əliyev qeyd edib ki, Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. “Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”.
Prezident qeyd edib ki, aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.
Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşdirilmş qrupu yaradılır – Azərbaycana mesaj?
Azərbacanda təlimlərin davam etdiyi vaxtda prezident Vladimir Putinin Rusiya Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılması haqda təklifini dəstəkləməsi barədə xəbər yayıldı. “İnterfax” agentliyinin məlumatına görə, Rusiya prezidentinin bununla bağlı imzaladığı sərəncamla Rusiya Müdafiə Nazirliyinə XİN-in iştirakı ilə Ermənistan tərəfilə danışıqlar aparmağı və Rusiya Federasiyası adından saziş imzalamağı tapşırıb.
Politoloq Elxan Şahinoğlu Bizimyol.info saytına şərhində bildirib ki, Putinin sözügedən sərəncamı Azərbaycan prezidentinni çıxışının ardınca imzalaması diqqət çəkən məqamdır. Rusiya tərəfindən belə bir addımın atılacağı gözlənilən idi. “Bu, sadəcə, planın elanıdır. Sənəd üzərində çoxdan iş gedirdi, bilirdik ki, saziş hazırdır, Putunun imzalaması qalır. Bilmirəm təsadüfdürmü, bu sərəncam İlham Əliyevin cəbhə bölgəsinə – Lələtəpəyə getməsi ilə üst-üstə düşür. Çünki İlham Əliyev çıxışında çox ciddi mesajlar verdi. Ən ciddi açıqlaması isə o idi ki, Ermənistan heç kimə arxayın olmasın. Bu, əslində, dövlət başçısının Rusiyaya mesajı idi ki, nə qədər Ermənistanı silahlandırsanız da, biz Dağlıq Qarabağı və ətraf rayonların güc yolu ilə azad olunması fikrindən daşınmamışıq, danışıqlar nəticə verməyəcəksə, biz bu yola əl atacağıq. Belə bir məqamda da Putinin həmin sərəncamı imzalaması Azərbaycana mesaj xarakteri daşıya bilər”.
“Azərbaycan apreldə qazandığı qələbələri təkrar etməyə həvəslidir”
Politoloq əlavə edir ki, nə qədər mesaj olsa da, Rusiya Ermənistana “İsgəndər” raketləri göndərsə də, Azərbaycan hakimiyyəti mövqeyini dəyişməyib. İlham Əliyevin Lələtəpədə verdiyi açıqlamalardan da bu qənaətə gəlmək olar ki, Azərbaycan apreldə qazandığı qələbələri təkrar etməyə həvəslidir. Çünki danışıqlarda nəticə yoxdur, atəşkəs intensiv pozulur”.
Elxan Şahinoğlunun sözlərinə görə İlham Əliyevin Lələtəpəyə səfərinin başqa əhəmiyyəti də var.  Son vaxtlar Ermənistan rəhbərliyi və generalları tez-tez Talış kəndinə gedirlər. Sanki Azərbaycana acıq veridilər ki, bu kəndi götürə bilmədiniz, bizim nəzarətimzidədir. İlham Əliyevin isə strateji yüksəkliyə getməsi, Lələtəpədən verdiyi açıqlamalar və oradan düşmən mövqelərinə baxış keçirməsi ondan xəbər verir ki, isənilən an nəinki, Talış, digər yüksəkliklərin də azad edilməsi üçün hərbi əməliyyatlar başlaya bilər. Düşünmürəm ki, Putinin sərəncamı ilə Rusiya-Ermənistan hərbi ittifaqının gücləndirilməsi, qoşun növlərinin yaradılması Ermənistanı bu işğaılçı siyasətdən qurtara biləcək”.
Elxan Şahnoğlunun sözlırinə görə, belə bir vəziyyətdə Azərbacanın Türkiyə ilə müvafiq saziş imzalaması məqsəduyğun və gözləniləndir. “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq davam edir, tez-tez birgə təlimlər keçirirlər. Düşünürəm ki, hərbi əməkdaşlıq yüksək səviyyədə olmasına baxmayaraq, biz də statusu artırmalıyıq. Necə ki, Rusiyanın Ermənistanda bazaları var, necə ki, birgə ümumqoşun növləri yaradırlar, Azərbaycan da adekvat cavablar verməlidir. Bəli, biz istəmirik ki, Rusiya ilə münasibətlərimiz korlansın, normal qalmasının tərəfdarıyıq. Amma Rusiya da anlamalıdır. Əgər bundan sonra da işğalçını silahlarla həvəsləndirsələr, ortaq qoşun növləri yaratsalar, Azərbaycan da adekvat addımlar atacaq, Türkiyə ilə Pakistanla hərbi əməkdaşlığı genişləndircəyik. Əgər istəmirlərsə ki, Cənubi Qafqaz barıt çəlləyinə çevrilsin, münaqişənin həlli yolu Ermənistan hakimiyyətinə təsir etməkdir. Bunun əvəzində isə daha çox münaqişəyə həvəsləndirirlər. Ona görə də Azərbaycan da artıq öz addımlarını atmalıdır. Türkiyə ilə danışıqlar aparılaraq bu ölkənin hərbi bazalarının Azərbaycanda, özəlliklə də Naxçıvanda yerləşdirilməsinə başlanmalıdır. Çünki nə qədər desək ki, balanslaşdırılmış siyahsət aparırıq, artıq bir nöqtədə bu siyasəti aparmaq çətinləşir. Çünki görürük ki, Rusiya öz vassalını silahlandırır, istəmir ki, Azərbaycan Ermənistan üzərində hərbi üstünlük qazansın. Rusiya güclü, qüdrətli dövlətdir. Aydındır ki, bu şəraitdə biz Rusiya ilə ayaqlaşa bimərik. Bizim də dəstəyə ehtiyacımız var. Bu dəstək isə Türkiyə, Pakistan və ərəb ölkələri ilə hərbi əməkdaşlığın genişləndirilməsindən keçir” – deyə politoloq bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button