2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir”

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir”

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın həyata keçirdiyi neokolonial siyasətə qarşı mübarizəyə, onun qanunsuz əməllərinin beynəlxalq aləmdə ifşasına xüsusi diqqət yetirir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə “Rossiya 24” kanalının reportajında deyilir.

Materialda Azərbaycan Prezidenti İlham Əliyevin sözləri xüsusi vurğulanır: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal etmiş, sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamışdır… Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir”.

Müəllif qeyd edir ki, Emmanuel Makronun bu yaxınlarda səfər etdiyi Özbəkistana Ermənistanla yanaşı, Fransa da təzyiq göstərir.

“Le Monde” nəşri yazır ki, beşinci respublika prezidentinin gördüyü ilk iş, uran tədarükündə Daşkəndin dəstəyini cəlb etmək oldu. Onun çatışmazlığı isə Nigerdəki çevrilişdən sonra Fransanın nüvə sənayesində xüsusilə nəzərə çarpır.

Bununla belə, hazırda getdikcə daha çox onun dənizaşırı əraziləri və keçmiş müstəmləkələri Fransa təsirindən qurtulur: “Fransadan təkcə son illərdə Əlcəzair, Mali, Burkina-Faso və Niger uzaqlaşıb. Bu tendensiya artmaqda davam edir. Qoşulmama Hərəkatı müstəqillik və bərabərlik prinsipləri əsasında mövcudluğunu öz kursunun əsası elan etmiş 120 ölkəni birləşdirir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button