2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişib

Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button