2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Soledarı tutduğunu bildirir

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya qoşunları Ukraynanın şərqindəki Soledar şəhərini nəzarətə götürüb. Ukrayna tərəfi hələki bu barədə şərh verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu şəhər uğrunda son günlərdə qanlı döyüşlər gedirdi.

AzadlıqRadiosu bildirir ki, Rusiya tərəfinin bəyanatını müstəqil şəkildə təsdiqləmək hələki mümkün deyil.

Ukrayna yanvarın 13-də səhər bildirmişdi ki, onun qoşunları Rusiyanın “çox intensiv” hücumları ilə üzləşib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib:

“Soledarda bu gecə gərginlik yüksək olub. Döyüşlər davam edir. Düşmən demək olar özünün bütün əsas qüvvələrini Donetsk istiqamətinə yönəldib və hücumun yüksək intensivliyini saxlayır. Bu, mühariənin çətin mərhələsidir, amma biz bu müharibədə qalib gələcəyik. Buna şübhə olmamalıdır”.

Şəhərdə qalan sakinlər

Rusiya Müdafiə Nazirliyi bunu da bildirir ki, son üç gündə ağır bombardman nəticəsində çox sayda Ukrayna hərbçisi öldürülüb.

Ukrayna tərəfi şəhərdə 15 azyaşlı da daxil olmaqla 500-dək dinc sakinin ilişib qaldığını xəbər verir.

Rusiya tərəfi mümkün mülki itkilər barəsində heç nə demir.

Rusiyanın əsas məqsədi Soledarın 10 kilometrliyindəki Baxmut şəhərini ələ keçirməkdir.

Soledarın ələ keçirilməsi Baxmut şəhərinin artilleriyadan atəşə tutulmasına şərait yaradacaq.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında daha sonra bildirilir:

“Soledar üzərində tam nəzarətin bərqərar edilməsi Atryomovskdakı (Baxmut-red) Ukrayna qoşunlarının təchizat xəttinin kəsilməsini və daha sonra burada qalmış Ukrayna Silahlı Qüvvələri birləşmələrini mühasirəyə almağı mümkün edəcək”.

ABŞ narahat deyil

Nazirliyin bu bəyanatından əvvəl Kremlə yaxın oliqarx, Vaqner muzdlu qüvvələrinin başçısı Yevgeni Priqojin demişdi ki, onun döyüşçüləri Rusiyanın nizami qüvvələri ilə koordinasiyada Soledarı ələ keçiriblər.

Lakin həmin vaxt Kreml bu bəyanatı təsdiqləməmiş və bildirmişdi ki, rəsmi məlumatı gözləmək lazım gələcək.

Soledar şəhərinə strateji məntəqə kimi baxılsa da, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) deyib ki, Soledarın və hətta Baxmutun ələ keçirilməsi Ukrayna müharibəsinin gedişatında böyük rol oynamayacaq:

24 saat” “
Rusiya Soledarı tutduğunu bildirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button