2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Rusiya telekanalı videoda Navalnıya hücum edənin üzünü niyə ‘ağardıb’?

Rusiya telekanallarından biri Rusiyada müxalifət lideri Aleksey Navalnıya hücumu əks etdirən videonu internet saytında dərc erib, lakin bu videoda hücum edənin üzü nədənsə tanınmayacaq şəkildə “ağardılıb”.

AzadlıqRadiosu yazır ki, Rusiyada “zelyonka” kimi tanınan yaşıl rəngli antiseptik mayenin Navalnının üzünə necə atıldığını göstərən video ilk dəfə REN TV şəbəkəsinin internet saytında aprelin 28-də, hücumdan bir gün sonrapeyda olub.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin bu video diqqəti yalnız Navalnının özü iki gün sonra onu tvit etdikdən sonra cəlb edib.

Navalnı güman edir ki, video kremlyönlü telekanala hakimiyyətin özü tərəfindən sızdırılıb. Müxalifət lideri buna görə Rusiya Federal Təhlükəsizlik Xidmətini ittiham edib.

Navalnı aprelin 30-da özünün Tvitter hesabından “onlarda abır-həya yoxdur” postunu yazıb.

Başqa bir postda isə Navalnı yazır ki, bu videonun əsasında hücum edənin tapılacağına inanmır.

“Nə yaxşı. Nə düşünürsünüz? Elə bilirsiniz onlar sabah REN TV-yə gəlib videonu müsadirə edəcək, onun necə çəkildiyini, RENT TV-nin videodakı adamın üzünü niyə “ağartdığını” araşdıracaqlar? Əlbəttə ki, yox”.

REN TV-nin saytında görünmüş bu videonun efirə verilib-verilmədiyi bilinmir.

Bundan əvvəl aprelin 30-da Navalnı bildirmişdi ki, onun gözü həmişəlik zədəli qala bilər, çünki kimyəvi maddə gözün buynuz qişası ilə bəbəyə düşüb.

Müxalifət liderinin həkimi düşünür ki, “zelyonkanın” içinə başqa bir maddə də qatılmış ola bilərdi.

Navalnı bildirib ki, hazırda gözünə hər 15 dəqiqədən bir dərman damcılatmağa məcburdur.

Rusiyada Kremlin tənqidçiləri bir qayda olaraq “zelyonka” hücumlarına məruz qalırlar. Bu hücumların sağlamlığa ciddi xəsarət yetirdiyi düşünülmür.

Navalnı aprelin 30-da habelə Rusiya xüsusi xidmətlərini onun hərəkət marşrutunu hücum edənlərə verməkdə ittiham edib.

Navalnı konkret olaraq bu hücuma görə prezident administrasiyasını ittiham edir.

Kreml bundan əvvəl belə ittihamlara təkziblə cavab verib.

Navalnı başına gələnlərə baxmayaraq zarafatından qalmayıb. O öz şəklini fotoshop edərək Arnold Schwarzenegger-in Terminator filmindəki qəhrəmanına bənzədib.

“Mən həmişə deyirəm ki, Terminator 2 ən xoşuma gələn filmdir. Öz təqsirimdir” – yazıb Navalnı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button