2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Rusiya Türkiyəyə turist təyyarə reyslərini dayandıra bilər

Rusiyanın Rosaviasiya idarəsi ölkənin aviasiya şirkətlərinə Türkiyəyə çarter reyslərinin dayandırılması mümkünlüyü barədə xəbərdarlıq məktubu göndərib.

Çarter reyslərinin ləğvi milyonlarla turisti istirahət imkanından məhrum edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib ki, hazırda Türkiyə Rusiyayaturist paketləri satmış ölkələr arasında liderdir.

O həmçinin bildirib ki, bu il Türkiyə otellərində yay mövsümü üçün yer sifariş edənlərin sayı ötənilki rəqəmdən 4-5 dəfə çoxdur.

Tyurina İnterfax xəbər agentliyinə deyib ki, Türkiyəyə turist səfərləri üçün ödənişlər artıq edilib və çarter reyslərinin ləğvi son dərəcə mürəkkəb vəziyyət yarada bilər.

Mətbuat katibi əlavə edib ki, budəfəki qadağan gerçəkləşərsə, neqativ nəticələri 2015-ci ildəkindən qat-qat ağır ola bilər.

Putinin türk versiyası

2015-ci ildə Moskva, Rusiya hərbi təyyarəsinin Suriya sərhədində vurulmasının ardınca Türkiyəyə bütün çarter reyslərini qadağan etmişdi. Lakin o vaxt noyabr ayı olduğundan turist mövsümü, artıq demək olar başa çatmışdı.

Bu il isə mümkün qadağan barədə xəbərdarlıq mövsümün lap başlanğıcında verilib.

Rusiya və Türkiyə arasında 2016-cı ilin yayında barışıq əldə edildikdən sonra Vladimir Putin Türkiyəyə turist səfərlərinin satışı üzərindən qadağanı qaldırmış, baş nazir Dmitri Medvedev isə çarter daşımalarının bərpası barədə sərəncam vermişdi.

Rəsmi Moskva indiki xəbərdarlığı Türkiyədə aprelin 16-da keçiriləcək referendumla əlaqədar verdiyini bildirib. Rusiya aviasiya rəsmiləri deyirlər ki, referendumun nəticələrindən asılı olaraq Türkiyədəki siyasi-ictimai vəziyyət gərginləşə bilər.

Bloomberg saytı da xəbərdarlığı siyasətlə bağlayır, lakin yazır ki, burada söhbət yenə də Ankara və Moskva arasında Suriya prezidenti Basar al-Assad-ın gələcəyinə dair yaranmış yeni ixtilafdan gedir.

Bloomberg hesab edir ki, Rusiya ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləmiş Türkiyənin üzərinə təzyiqi artırır.

Rusiyalı ekspert Aleksey Malaşenko Bloomberg saytına bildirib ki, o belə təzyiqin işəyarayacağına inanmır.

Ekspert deyib ki, “Erdoğana heç nə kar etməyəcək, çünki o Putinin türk versiyasıdır”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button