2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rusiya-Ukrayna müharibəsi… Putin B planına başlayır: “TOS-1” raketləri yoldadır

Rus qoşunları həm Ukraynada, həm də beynəlxalq ictimaiyyətdə şiddətli əks müqavimətlə üzləşərkən, Vladimir Putinin B planını işə saldığı iddia edilir.

“24 saat” xəbər verir ki, Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan Bild, Putinin “B Planı“nı aktivləşdirmək üçün göstəriş verdiyini iddia edib.

Rusiyanın müqavimətlə qarşılaşdıqdan sonra sürətlə irəliləyə bilməyəcəyini anladığını yazan qəzet, Ukrayna ilə müharibənin bundan sonra daha amansız olacağını iddia edib. Qəzet Rusiya ordusunun son vaxtlar mülki əhalini və hökumət binalarını hədəfə aldığına diqqət çəkərək, “Putin ən qorxulu silahını meydana sürəcək: TOS-1 Buratino reaktiv yaylım atəşi”.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin qeyd olunub ki, 3,5 kilometr mənzilli silah termobarik döyüş başlığına malikdir. Qəzet ABŞ-da yerləşən CNN media təşkilatının müxbirinin Ukrayna sərhədinə yaxın olan Belqorodun cənubundan paylaşdığı videonu da dərc edib. Qəzet yazıb ki, “TOS-1” artıq döyüşə göndərilib.

ARAŞDIRMA MKİ TARAFINDAN KEÇİRİLİB

“Bu döyüş başlıqları partlayanda təzyiq yaradır və daxili orqanlara zərər verir”, – Bild yazır. İnsanların ağciyərlərindən hava çəkir. 2000-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı araşdırmada bu silahın böyük zərər verdiyi müəyyən edilib. Vakuum bombası oksigendən istifadə edir”.

“Bild” həmçinin Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanın da sözlərinə yer verib. Qəzet yazır ki, Markarova ABŞ Konqresinə Rusiyanın bu silahdan istifadə etdiyini deyib. Bild, “Putin bu silahı daha əvvəl Suriyada, 2-ci Çeçen müharibəsində və İraqda istifadə edib” şərhini yazıb.

“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button