2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiyada App Store-lar, sosial media, xəbər vebsaytları bloklanır

AzadlıqRadiosu-nun Rusiya xidmətinin vebsaytına giriş əngəllənir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyada AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) çoxsaylı vebsaytları, BBC və Deutsche Welle-in Rusiyadakı saytları, Facebook, Twitter sosial şəbəkələri və Apple, Google tətbiq (əpp) mağazaları bloklanıb. Bunu GlobalCheck veb monitorinqi qrupu və digər indikatorlara əsasən demək olar.

Bloklanma martın 3-dən 4-nə keçən gecə başlanıb. Bir həftəydi AzadlıqRadiosu və digər media orqanları Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini işıqlandırması ilə əlaqədar bloklanmaqlala təhdid olunurdu.

AzadlıqRadiosu-nun vebsaytları

GlobalCheck Rostelecom abunəçilərinin saytlardan bəzilərini aça bildiyini xəbər verir.

AzadlıqRadiosu-nun Rusiya xidmətinin vebsaytına giriş əngəllənir.

Radionun regional rusdilli Sever.realii və Sibir.realii vebsaytları, Şimali Qafqaz Xidmətinin Kavkaz.realii saytı da bloklanır.

AzadlıqRadiosu-nun Amerikanın Səsi (VOA) ilə birgə rusdilli layihəsi olan “Current Time” fevralın 28-dən bloklanıb, amma xidmət blokdan yayınmaq üçün metodları yayıb.

Latviyada yerləşən rusdilli və ingilisdilli Meduza xəbər orqanı isə Rusiyadakı saytının bloka məruz qaldığını bildirib. “Bunlar keçəcək. Biz işimizi davam etdirəcəyik”, – qurum əlavə edib.

Müharibə xəbərləri

Martın 2-də AzadlıqRadiosunun Rusiya xidmətinin redaksiyalarına “Roskomnadzor”dan altı bildiriş gəlmişdi. Mediaya dövlət nəzarəti agentliyi Ukrayna münaqişəsi ilə bağlı materiallarla əlaqədar xidmətin vebsaytını bloklamaqla hədələyirdi.

Roskomnadzor bildirib ki, Svoboda.org-un Xarkovun bombalanması, Ukraynaya rəğbət bəsləyən hakerlərin Rusiyada bəzi vebsaytlara hücumu və müharibəyə sosial mediadakı reaksiyalar haqda materialları bloklamaq səlahiyyətindən istifadə edəcək.

Dövlət qurumu bu materialların bilərəkdən saxta informasiya yaydığını, “əhali arasında panika yarada” biləcəyini bildirib.

24 saat” “
Rusiyada App Store-lar, sosial media, xəbər vebsaytları bloklanır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button