2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyada Prezident seçkilərinə start verilib

Müxalifət seçki günü aksiya təyin edib, tərəfdarlarını eyni saatda məntəqələrə çağırıb

Martın 15-dən Rusiyada Prezident seçkilərinə start verilib.

Üç gün davam edəcək səsvermə ilk olaraq Kamçatka və Çukotkada məntəqələrin açılması ilə başlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əsas səsvermə günü 17 martda olacaq.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, regionlarda hər gün yerli vaxtla saat 08:00-dan 20:00-a qədər açıq olacaq 94 min seçki məntəqəsi var:

Səsvermə üçün 113,5 milyondan çox seçki bülleteni hazırlanıb. 29 rayonda seçki məntəqələri ilə əlavə olaraq məsafədən elektron səsvermə təşkil edilib. Fevralın 25-dən gediş-gəliş çətin olan yerlərdə erkən səsvermə, martın 1-dən isə xaricdə səsvermə keçirilib (orada 269 seçki məntəqəsi açıq olub)”.

MSK seçkilərdə 2,3 milyondan çox seçicinin erkən səs verdiyini də bildirib.

Bundan əlavə, seçki Rusiyanın ilhaq etdiyi Krımda, Donetskdə, Luqanskda, Xersonda və Zaporojye vilayətlərinin ərazilərində də keçirilir.

Ukrayna Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə yaşayan həmvətənlərini Rusiyada keçiriləcək Prezident seçkilərində səsvermədə iştirak etməməyə çağırıb.

Ali Rada beynəlxalq ictimaiyyətə müraciət edərək Ukraynanın işğal olunmuş ərazilərində Rusiya seçkilərinin keçirilməsini pisləməyə çağırıb.

Rusiyada seçki. Foto: Reuters

Seçkilərdə dörd namizəd iştirak edir.

Beşinci müddətə namizədliyini irəli sürmüş hazırkı ölkə başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, “Yeni İnsanlar” blokunun  namizədi Vladislav Davankov.

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) müharibə əleyhinə mövqe ilə seçkilərdə iştirak etmiş yeganə siyasətçi Boris Nadejdinin və jurnalist Yekaterina Duntsovanın namizədliyini qeydə almaqdan imtina etmişdi.

Rusiyanın tənqidçi mediası yazır ki, seçki kampaniyası zamanı digər namizədlər Putini tənqid etməkdən çəkiniblər.

Rusiya müxalifəti seçkilər zamanı “Putin əleyhinə günorta” etiraz aksiyası keçirməyi təklif edib.

Bu barədə Sankt-Peterburq qanunvericilik məclisinin keçmiş deputatı Maksim Reznik açıqlama verib.

Aksiya Putinə qarşı çıxanların seçki məntəqələrinə eyni vaxtda – martın 17-də saat 12-də gələcəyini nəzərdə tutur.

Rusiyada seçki kampaniyası. Foto: Reuters

Aksiyaya Aleksey Navalnının müttəfiqi Leonid Volkov dəstək verib və tədbiri “Aleksey Navalnının siyasi vəsiyyəti” adlandırıb.

Onlar seçiciyə Putindən başqa namizədlərə səs verməyi və ya bülletenləri korlamağı təklif ediblər.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplamışdı.

2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button