2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyadan Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirildi – VİDEO

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq, aidiyyəti hərbi hissələrə veriləcək.

Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.

Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button