2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyalı sülhməramlılar azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərində iştirak edəcəklər

Azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesində Rusiya sülhməramlılarının iştirakı planlaşdırılır. Bu barədə aprelin 4-də mətbuat konfransında Azərbaycan Minatəmizləmə Agentliyinin rəhbəri Vüqar Süleymanov bildirib.

“Hazırda rusiyalı minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosedurunu keçir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Bundan sonra həmin sülhməramlılar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar”,- o deyib.

Onun sözlərinə görə, 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri zamanı 129 831 hektar ərazi minalardan təmizlənib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu müddətdə 65 585 ədəd partlamamış hərbi sursat, 31 919 ədəd piyada əleyhinə mina və 19 070 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfərdir.

10 noyabr 2020-ci ildən 350 nəfər mina partlayışının qurbanı olub, onlardan 65 nəfəri həlak olub”, – Vüqar Süleymanov deyib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları 10 noyabr 2025-ci ilədək Qarabağda qalacaqlar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button