2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiyalılar sanksiyalardan Özbəkistan vasitəsilə yayınırlar?

Rusiyadakı turist şirkətləri rusiyalılara Visa və Mastercard kartlarının əldə olunması üçün Özbəkistana səyahət paketləri təklif edirlər

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyadakı turist şirkətləri rusiyalılara Visa və Mastercard kartlarının əldə olunması üçün Özbəkistana səyahət paketləri təklif edirlər.

Bu barədə məlumatı AzadlıqRadiosunun Özbək xidməti verib.

Xəbər verilir ki, Moskva və Yekaterinburqdakı turoperatorları birləşdirən Vedi Group turust şirkəti Özbəkistana üçgünlük səfərlər təşkil edir.

Hazırda Rusiyaya Ukraynaya müdaxiləyə görə qoyulmuş sanksiyalar Rusiyada sözü gedən kartların əldə olunmasını mümkünsüz edib.

Vedi Group şirkətinin bir əməkdaşı bildirib ki, Özbəkistanda belə kartların verilməsi ilə Kapitalbank məşğul olur.

Burada hesabların açılması üçün yalnız Rusiya pasportunun təqdim olunması kifayətdir:

“Səfər 23 min rubla (262 dollar) başa gəlir. Bu pula habelə VISA və Mastercard hesablarının açılması haqqı da daxildir. Hesablar Özbəkistanın Kapital bankında açılır. Orada sizi bizim nümayəndəmiz gözləyəcək. O sizi qarşılayavaq və sənədlərin hazırlanmasında köməklik göstərəcək. Sizə bircə Rusiya pasportu lazım olacaq. Kart hesabı açmaq üçün bu hesaba 80 min sum (7 min dollar) ödəməlisiniz. Ödəniş sumla edilir. Bütün proses bir saat çəkir”.

Təkcə pasportla iş bitmir

Kapitalbankın Daşkənddəki mərkəzi ofisindən AzadlıqRadiosuna bu bankda Rusiya vətəndaşları üçün hesab açılmasının, Visa və ya Mastercard kartlarının əldə edilməsinin mümkün olduğunu təsdiq ediblər.

Lakin bankın nümayəndəsi bildirib ki, bu prosesdə yalnız Rusiya pasportu kifayət deyil.

Pasportdan başqa Özbəkistanda daimi və ya müvəqqəti yaşayış barədə arayış tələb olunur.

Nümayəndənin sözlərinə görə hesabın açılması üçün 80 min sum ödənilməlidir. Amma bu hesabda hər ay 500 dolların olması şərtdir.

ABŞ martın 25-də xəbərdarlıq etmişdi ki, Rusiyaya sanksiyalardan yayınmaq imkanı yaradan şəxs və şirkətlərə qarşı da sanksiyalar qoyula bilər.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demişdi ki, Ağ Ev Rusiya ilə bağlı fiziki və hüquqi şəxslərin tam əhatə olunması üçün iqtisadi və maliyyə məhdudiyyətlərinin dairəsini genişləndirə bilər:

“Bizim əlimizdə sanksiyalara əməl olunmasını təmin etmək üçün müxtəlif alətlər var. Onlardan biri də üçüncü ölkələrdə sanksiyalardan yayınmağa şərait yaradan və ya kömək edən şirkət və şəxslərin sanksiya siyahısına salınmasıdır”.

24 saat” “
Rusiyalılar sanksiyalardan Özbəkistan vasitəsilə yayınırlar?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button