Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Rusiyanın ən böyük bankının məhvinə qərar verildi: “SWIFT”-dən ayrılır

“Bu gün Rusiyaya qarşı sanksiyaların 6-cı paketini təqdim edirik. Belə ki, Rusiyanın “Sberbank” və digər iki nəhəng bankını “SWIFT”-dən ayırırıq”.

“RBK-Ukraina” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya neftinə qadağa qoymaq niyyətindədir.

Məlumata görə, Avropa İttifaqı Ukraynanın Buça şəhərində hərbi cinayətlər törədən yüksək vəzifəli hərbçilər və digər şəxslərin siyahısını hazırlayıb.

“Biz bilirik siz kimsiniz və siz məsuliyyətə cəlb olunacaqsınız”, – deyə Lyayen söyləyib.

24 saat” “Rusiyanın ən böyük bankının məhvinə qərar verildi: “SWIFT”-dən ayrılır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycan qazı Avropanı böhrandan çıxara bilərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun