Dünya

Rüstəm Muradovun Şərq Hərbi Dairəsinə komandan təyin olunduğu deyilir

Bu dairənin əsas qüvvələri Uzaq Şərqdə yerləşsə də, onun heyətinin böyük bir hissəsi Ukrayna müharibəsində iştirak edir

Ukraynanın öz ərazilərini Rusiya işğalından azad etməkdə olduğu bir vaxtda Rusiyanın daha bir komandanı dəyişdiyi xəbər verilir.

Dağıstan Respublikasının başçısı Sergey Melikov oktyabrın 7-də Telegram-da yazıb ki, əslən Şimali Qafqazdan olan general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.

Bu dairənin əsas qüvvələri Uzaq Şərqdə yerləşsə də, onun heyətinin böyük bir hissəsi Ukrayna müharibəsində iştirak edir.

O habelə uzun müddət Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinə başçılıq edib.

RBK agentliyi oktyabrın 7-də Rusiya hərbiyyəsinə yaxın dairələrə istinadla Muradovun general-polkovnik Aleksandr Çaykonu əvəzləycəyini xəbər verib.

Bu xəbər hələki rəsmən təsdiq olunmayıb.

Silsilə uğursuzluqlar

RBK oktyabrın 3-də xəbər vermişdi ki, Qərb Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Juravlyov Rusiyanın Ukraynanın şimal-şərqində ağır canlı qüvvə itkilərindən və Donetsk regionundakı Liman şəhərinin itirilməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.

Sentyabr ayında Rusiya müdafiə nazirinin logistika üzrə müavini Dmitri Bulqakov general-polkovnik- Mixail Mizintsevlə əvəzlənmişdi.

Avropa İttifaqı Mizintsevi Ukraynanın liman şəhəri Mariupolu mühasirəyə almaqla minlərlə sakinin ölümünə səbəb olmaqda ittiham edir.

Avqust ayında Rusiyanın Qara dəniz donanmasının bayraqdar gəmisi – Moskva raket kreyserinin batırılması da daxil Ukraynanın bir neçə uğurlu hücumunun ardınca donanmanın komandanı vəzifəsindən kənarlaşdırılmışdı.

Ukrayna həmin vaxt ilhaq olunmş Krımdakı hərbi hava bazasına hücumla Rusiyanın 8 təyyarəsini sıradan çıxarmışdı.

24 saat” “
Rüstəm Muradovun Şərq Hərbi Dairəsinə komandan təyin olunduğu deyilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Nobel Sülh Mükafatı insan haqları fəallarına verildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button