2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Rəna Nəsibova qətlində Rüstəm Usubov izi – ŞOK FAKTLAR

Rüstəm Usubov qatildirmi?

Bakı Hərbi Məhkəməsində sabiq MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“24 saat” xəbər verir ki, iyunun 20-də keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Sahib Ələkbərov icraatında olan cinayət işləri üzrə birbaşa baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib:

Saytların yığılması Saytlarin yigilmasi

-Mən istintaqa cəlb olunan şəxslərdən pul almamışam, tələb etməmişəm. Kimsə pul tələb edibsə və alıbsa, prokurorluq, prokurorluğun Ağır Cinayətlər İdarəsi araşdırma aparsın, müəyyən etsin və məsuliyyətə cəlb etsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdır. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdır. Çünki burada baş verənləri mətbuat yazır.

Hər kəlməmiz mətbuatda işıqlanır

Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir. Bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. Cinayət işinin başlanması haqda qərarda ayrıca bənd olurdu. Həmin bənddə 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı…

Mən xidmət etdiyim müddətində bir cinayət törətmişəm. Bu gün də həmin cinayətə görə məsuliyyət daşımağa hazıram. Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətinin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə baş prokuror Zakir Qaralova ətraflı yazılı məlumat verib.

Müraciətindən sonra o zaman Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Rəna Nəsibova Rüstəm Usubova Hacı Məmmədovun dəstəsinin üzvü olan çeçenlərdən biri ilə münasibətinin olduğunu açıqlayıb. Deyib ki, Hacı adlı polis əməkdaşının adam oğurlayan və serial qətllər törədən dəstəsi var. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və serial qətllərlə bağlı çox ciddi məlumatlar vermişdi. Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib, o da MTN-ə və Daxili İşlər Nazirliyinə formal olaraq məktub yazmaqla işini bitmiş hesab edib. Rüstəm Usubov bu məktubu yazandan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti aşkar olunmuşdu.

Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu

Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb! O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatlar əsasında hansı qanuni tədbirlər görülüb.

Məlum oldu ki, Rüstəm Usubov qeyd etdiyim kimi 2 məktub yazmaqdan başqa hər hansı bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin o göstərişi icra etmədim. Buna görə peşmanam.

Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım. Sizdən xahiş edirəm ki, Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edəsiniz. Onun mənimlə o zamandan, ona dindirməyimlə əlaqədar şəxsi ədavəti var. Ona görə də məni də bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir!

“xeberler”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button