2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rüşvət almaqda ittiham olunan vəkilə cinayət işi açılıb

Vəkillər Kollegiyasının üzvü rüşvət almaqda ittiham edilir.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 15-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırmada Vəkillər Kollegiyasının da iştirakı etdiyi qeyd olunub. 

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, Misir Şahquliyev müştərisi olan və Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə cəzasının yüngülləşdirilməsi üçün məhkəməyə qanunsuz təsir etmək imkanının olduğunu bildirib. Onun təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulub. Ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button